TikTok fenomeni öldürüldü, qızları yaralandı

Vanın İpekyolu rayonunda “Arda Edeoğlu” adı ilə tanınan TikTok fenomeni Onur Karael Kalaşnikov avtomatla silahlı hücuma məruz qalıb.
Sherg.az xəbər verir ki, Karael hadisə yerində həyatını itirib, üç qızı isə yaralanıb.
Hadisədən sonra yaralılar xəstəxanaya çatdırılıb. Karaelin meyiti doğulduğu yer olan Yüksekovaya aparılaraq dəfn edilib. Qızlarının isə müalicəsi davam edir.