Sumqayıtda istehsalat müəssisəsində bədbəxt hadisə baş verib.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, hadisə “ATS Food” MMC-də qeydə alınıb.
Sumqayıt şəhər sakini, 1983-cü il təvəllüdlü Aynurə Akif qızı Rəşidova müəssisədə xəmir yoğuran avadanlıqda işləyərkən xəsarət alıb.
Hadisənin təfərrüatları araşdırılır.