Azərbaycanın dəstəyi ilə Əfqanıstanda qadınlar üçün tədris mərkəzi açılıb
11:53 21.07.2025
Hadisə
1721
Kabil şəhərində Azərbaycan Respublikasının Əfqanıstandakı səfiri İlham Məmmədovun iştirakı ilə “Ənənəvi Əfqan Sənətkarlığının İnkişafı üçün Xalçaçılıq üzrə Tədris Mərkəzi”nin açılışı baş tutub.
Bu barədə APA-ya XİN-in Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, məşğulluğun artırılması və ənənəvi əfqan sənətlərinin qorunması məqsədini daşıyan layihə Xarici İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AIDA) maliyyə dəstəyi, habelə İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Əfqanıstandakı nümayəndəliyi və Əfqanıstanın Əmək və Sosial Təminat Nazirliyinin tərəfdaşlığı ilə ərsəyə gəlib.
Tədbirdə Əfqanıstanın əmək və sosial təminat nazirinin müavini Əlhac Mavlavi çıxış edərək Azərbaycan və İƏT-ə ölkəsi adından təşəkkür edib, habelə layihənin əfqan əl sənətinin qorunmasına, təşviqinə və inkişafına xidmət edəcəyini vurğulayıb.
İƏT-in Əfqanıstandakı nümayəndəsi səfir Mohammad Saed əl-Ayyaş Azərbaycan tərəfinin dəstəyi ilə yaradılmış peşə məktəbinin aztəminatlı əfqan ailələrinə dəstək olacağını, eləcə də layihənin İƏT üzv ölkələri arasında həmrəyliyə xüsusi töhfə verdiyini qeyd edib.
Səfir İ.Məmmədov ölkəmizin Əfqanıstanda artıq bir neçə layihə icra etdiyini diqqətə çatdırıb, bu kimi təşəbbüslərin davam etdirilməsinin nəzərdə tutulduğunu bildirib.
Azərbaycan-Əfqanıstan dostluq əlaqələrindən, eləcə də İƏT çərçivəsində həmrəyliyin əhəmiyyətindən danışan natiqlər Azərbaycanın 2026-cı ildə İƏT Dövlət və Hökumət Başçıları Zirvəsinə sədrlik etməsinin xüsusi önəm daşıdığını qeyd ediblər.
Tədris mərkəzi dörd emalatxanadan ibarətdir və 20 ədəd xalça toxuculuğu dəzgahı, zəruri alətlər və bir illik xammal ehtiyatı ilə təchiz olunub. Mərkəzdə eyni vaxtda 80 qadının təlim keçməsi nəzərdə tutulur.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Aİ Rusiyaya qarşı 21-ci sanksiyalar paketini təsdiqləyib
21:48 23.07.2026
Dünya
Cəbrayılda mina partladı: xəsarət alan var
21:12 23.07.2026
Hadisə
Xankəndidə kafedə yanğın olub, iki nəfər xəsarət alıb
20:55 23.07.2026
Hadisə
Tramp: İrana qarşı əvvəlkindən daha böyük hücum planlaşdırıram
20:41 23.07.2026
Dünya
İranın "Türkiyə möhkəm dayandı" mesajının şifrəsi - TƏHLİL
20:26 23.07.2026
Gündəm
Tramp İrana yeni hücumun anonsunu verdi - ANALİZ
20:21 23.07.2026
Gündəm
İran rejimi daxildən dağılma mərhələsinə daxil olub - Analitik
19:43 23.07.2026
Gündəm
Əraqçi Qırğızıstana yollanıb
19:20 23.07.2026
Dünya
Avropada benzinin qiyməti qalxdı
19:03 23.07.2026
İqtisadiyyat
ADY: Altı ayda sərnişin qatarlarına 21 dəfə daş atılıb
18:55 23.07.2026
İnfrastruktur
"Brent"in qiyməti 100 dolları ötdü
18:20 23.07.2026
İqtisadiyyat
Psixoloqa getmək xəstə olmaq demək deyil - RƏYLƏR
17:47 23.07.2026
Elm və Təhsil
Müharibənin taleyi cəbhədə həll olunacaq - Hasan Oktaydan ŞƏRH
17:32 23.07.2026
Gündəm
II Qaregin yeni parlamentin ilk iclasına dəvət edilmədi
17:10 23.07.2026
Region