Sumqayıtda üçüncü mərtəbədən yıxılan şəxs ölüb

Sumqayıt şəhərində bədbəxt hadisə baş verib.
APA xəbər verir ki, 1968-ci il təvəllüdlü Quliyev Rasim Tofiq oğlu 4-cü mikrorayonda yerləşən yaşayış binalarından birində, üçüncü mərtəbədən ehtiyatsızlıq nəticəsində yıxılıb.

Hadisə nəticəsində o, aldığı ağır bədən xəsarətlərindən ölüb.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.