Rusiyanın münasibəti artıq düşmənçilikdir - FAZİL MUSTAFA
15:44 18.08.2025
Aktual
736
Azərbaycan ilk növbədə diplomatik vasitələrlə öz etirazını mütləq diqqətə çatdırmalıdır
“Rusiyanın davranışları yaxşı niyyətdən xəbər vermir, Azərbaycanın qonşu ilə münasibətləri sınanır”
Avqustun 18-nə keçən gecə SOCAR-a məxsus Odessa vilayətindəki neft bazası “Şahed” tipli PUA-ların silsilə hücumuna məruz qalıb. Bir neçə birbaşa zərbədən sonra ərazidə yanğın baş verib. Nəticədə 17 ədəd yanacaq çəni, nasosxana binası, operator və texniki otaqlar, eləcə də çəki məntəqələri zədələnib, ərazinin hasarı dağıdılıb. Neft bazasının ümumi tutumu 16 min kubmetrdən çoxdur.
Məsələ ondadır ki, Rusiya Azərbaycana qarşı dost olmayan siyasət yürüdür. Bu siyasət artıq açıq aqressiya müstəvisinə keçib. Əgər əvvəllər Kreml öz mövqeyini yalnız siyasi ritorika, təbliğatçı politoloqlar və radikal çıxışlarla ifadə edirdisə, indi proses hərbi-siyasi səviyyəyə qaldırılıb. Rusiya Dövlət Dumasının deputatı Andrey Qurulyov, anti-Azərbaycan mövqeyi ilə seçilən Vladimir Solovyov və digər propaqandistlərin təhdidlərinin davamı kimi Moskva təhlükəli addımlar ataraq, Ukraynada Azərbaycana məxsus enerji obyektlərini hədəfə almağa başlayıb. Son hadisələr məhz bu təcavüzkar kursun bariz göstəricisi kimi qiymətləndirilə bilər. Ümumi tutumu 16 min kubmetr olan bu obyektin sıradan çıxarılması Azərbaycanın iqtisadi maraqlarına və enerji təhlükəsizliyinə qarşı yönəlmiş açıq təxribatdır. Xüsusilə qeyd etmək lazımdır ki, bu, Rusiyanın Odessada SOCAR-a məxsus neft bazasına ikinci hücumudur. Avqustun 8-də də Rusiya 10 “Şahed” ilə SOCAR-ın neft bazasına hücum etmiş, nəticədə qismən dağıntılar olmuşdu. Bundan əvvəl, avqustun 6-da isə Rusiya Odessada Azərbaycan qazını Ukraynaya nəql edən qaz kompressor stansiyasına hava zərbələri endirmişdi. Göründüyü kimi, Rusiya son vaxtlar Ukraynada Azərbaycana məxsus enerji obyektlərini məqsədyönlü şəkildə hədəfə alıb. Xatırladaq ki, Ukrayna Prezidenti Volodimir Zelenski ilə Azərbaycan Prezidenti İlham Əliyev arasında baş tutan telefon danışığı zamanı tərəflər Ukrayna ərazisində Azərbaycanın SOCAR şirkətinə məxsus neft anbarına və ölkəmizə aid digər obyektlərə, həmçinin Azərbaycan qazını Ukraynaya nəql edən qaz kompressor stansiyasına Rusiya tərəfindən məqsədyönlü şəkildə hava zərbələrinin endirilməsini pisləyib, bunun Azərbaycan ilə Ukrayna arasında energetika sahəsində əməkdaşlığın dayandırılmasına heç bir halda səbəb olmayacağına əminliklərini vurğulayıblar.
Millət vəkili Fazil Mustafa Sherg.az-a açıqlamasında bu məsələnin artıq düşmənçilik münasibəti olduğunu deyib. Deputatın sözlərinə görə, hələlik bu düşmənçiliyin rəsmi səviyyədə hansısa formada açıqlaması verilmir:
"Bunun Ukrayna ilə müharibə kontekstində aparıldığı söylənilir. Amma istənilən halda bu, xoşniyyətli davranış deyil. Bilavasitə Azərbaycanı hədəf alan davranışdır. Azərbaycan ilk növbədə diplomatik vasitələrlə öz etirazını mütləq diqqətə çatdırmalıdır, öz münasibətini ortaya qoymalıdır. Hər halda bu məsələ yaxşı niyyətdən xəbər vermir. Biz qonşu dövlətlərlə hər zaman həssas şəkildə dostluq əlaqələrinin davam etdirilməsində maraqlı olmuşuq. Amma bu şərtlərlə böyük problem yaşandığını görməkdəyik. Bacardıqca elə etməliyik ki, münasibətləri hədsiz kəskinləşdirməyə getmədən, bu cür aqressiv hərəkətlərin qarşısını almağa nail ola bilək. Bunun üçün doplomatiyamız, müvafiq qurumlarımız aktiv fəaliyyətini gücləndirməlidirlər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp ABŞ qoşunlarının İrana müdaxiləsini istisna etməyib
22:42 17.09.2026
Gündəm
Slovakiyanın Baş naziri Ukraynaya səfər edəcək
21:25 17.09.2026
Gündəm
Bu, NATO-nun Rusiyaya qarşı müharibəsi deməkdir
21:14 17.09.2026
Aktual
Ermənistanda TRIPP layihəsinin icrası müzakirə olundu
21:03 17.09.2026
Cənubi Qafqaz
"Barselona"da ağır itki...
20:30 17.09.2026
Futbol
Çin XİN rəhbəri və Rubio Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
20:07 17.09.2026
Dünya
Bu ölkə İsrailə görə "Avroviziya"da iştirakdan imtina etdi
19:58 17.09.2026
Şou
Alyaskada 6,3 maqnitudalı zəlzələ baş verib
19:50 17.09.2026
Dünya
Almaniyanın Tehrandakı səfiri XİN-ə çağırıldı
19:43 17.09.2026
Gündəm
Ərdoğanın müşaviri açıqladı: Öcalana vəzifə verildi
19:35 17.09.2026
Aktual
Paşinyan: Ermənistan dəmir yolu bizim mülkiyyətimizdir
19:27 17.09.2026
Cənubi Qafqaz
Bakı Limanında yükaşırma 3% artıb
19:10 17.09.2026
İqtisadiyyat
Rusiya və Çin ABŞ-nin hazırladığı İran layihəsini rədd etdi
18:54 17.09.2026
Dünya
Kiyevdə ardıcıl partlayışlar baş verdi
18:40 17.09.2026
Gündəm
Özbəkistan Məkkəyə hücumla bağlı bəyanat verdi
18:10 17.09.2026
Gündəm