Adəm Məmmədov həbsdən çıxdı
Yusif Nəzərli
07:51 05.09.2025
Hadisə
503
Bir müddət əvvəl həbs edilən Vəkillər Kollegiyasının sabiq üzvü Adəm Məmmədov azadlığa çıxıb.
Teleqraf xəbər verir ki, o, cəzasını Penitensiar xidmətin Bakı İstintaq Təcridxanasından 9 saylı cəzaçəkmə müəssisəsində çəkib və bu gün cəzasının sonu ilə sərbəst buraxılıb.
Xatırladaq ki, Vəkillər Kollegiyasının üzvü Ceyhun Yusifovun həmkarı Adəm Məmmədov və onun qardaşı Xəyyam Məmmədova qarşı xüsusi ittiham qaydasında şikayətinə Nərimanov Rayon Məhkəməsində baxılıb.
Şikayət əsasında A. Məmmədov Cinayət Məcəlləsinin 147.2- ci (böhtan) və 148-ci (təhqir) maddəsi ilə təqsirli bilinib və 6 ay müddətə azadlıqdan məhrum edilib.
Onun qardaşı X. Məmmədov da eyni əməllərlə təqsirli bilinib və ona 6 ay müddətə islah işləri cəzası verilib.
A. Məmmədovun təsisçi və qardaşının baş redaktor olduğu saytda Ceyhun Yusifovun haqqında yalan məlumatlar yerləşdirilib.
“Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə görə, yalnız barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittihamedici hökmü olduqda vəkilin vəkillik fəaliyyətinə xitam verilir.
Qeyd edək ki, Vəkillər Kollegiyası Rəyasət Heyətinin 27.01.2025-ci il tarixli qərarı ilə Adəm Məmmədovun fəaliyyəti 3 ay müddətə dayandırılmışdı.
Vəkillər Kollegiyasının avqsutun 20-də keçirilən iclasında A. Məmmədovun vəkillik fəaliyyətinə birdəfəlik xitam verilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Bugs Bunny”nin “səsi” 46 yaşında vəfat etdi
04:14 27.10.2026
Maraqlı
Bir daha evlənməyəcəyini açıqladı
03:33 27.10.2026
Şou
Yaşlı insanlarda bu vitamin qrupu kəskin defisitdədir
02:58 27.10.2026
Sağlamlıq
"Microsoft" 60 mindən çox işçisini ixtisar etmək istəyir
02:22 27.10.2026
Texnologiya
Türkiyə Super Liqası: “Qalatasaray” “Fənərbaxça”nı məğlub edib
01:33 27.10.2026
Futbol
Sabah bu ərazidə qaz olmayacaq
01:11 27.10.2026
Cəmiyyət
Pezeşkan Rusiyaya səfər etdi
00:25 27.10.2026
Region
Qardaşlığımıza dinamit qoymaq istəyənlər... - Ərdoğan
23:28 26.10.2026
Gündəm
Niki Minaj Miçiqanda Trampı müşayiət etdi
22:53 26.10.2026
Gündəm
Xarkov raketlə vuruldu: ölənlər var
22:15 26.10.2026
Son dəqiqə
Təhlükəsizliklə bağlı Türkiyə ilə danışıqlar aparırıq - Rusiya
21:27 26.10.2026
Region
Ərdoğan: Regionumuzda yeni münaqişə istəmirik
21:06 26.10.2026
Gündəm
Hizbullah İsrailə qarşı İrandan on milyonlarla dollar alıb
20:42 26.10.2026
Aktual
Dövlət müəssisələri ilə bağlı vacib qərar
20:10 26.10.2026
Ölkə
Millimiz Haitiyə böyük hesabla uduzdu
19:53 26.10.2026
Futbol