Gənc müəllim motosiklet qəzasında dünyasını dəyişdi

Türkiyənin Van bölgəsində ibtidai sinif müəllimi kimi çalışan Onur Tezel motosiklet qəzasında həyatını itirib.

Sherg.az xəbər verir ki, Vanın Gevaş rayonuna bağlı Dereağzı məktəbində çalışan müəllim Onur Tezel motosikleti ilə hərəkət edərkən hələlik məlum olmayan səbəbdən nəzarəti itirib.

Van-Edremit yolunda baş verən qəza nəticəsində nəzarəti itirmiş motosikletindən düşərək ağır yaralanan Tezel Van Təhsil və Araşdırma xəstəxanasına aparılıb.

Gənc müəllim, göstərilən tibbi müdaxilələrə baxmayaraq xilas edilə bilməyib.

Qəza ilə bağlı araşdırma başlanılıb.