Qadın pilot tarix yazdı: İlk əməliyyatında 7 can xilas etdi

Türkiyə daxili işlər naziri Əli Yerlikaya, Kocaeli sahillərində qaya daşlarına ilişmiş gəmidən 7 dənizçini xilas edən qadın helikopter pilotu Üstüqəm Bircan Erkanı təbrik edib.
Sherg.az xəbər verir ki, nazir sosial media hesabında yazdığı paylaşımda bildirib:

"Sahil Mühafizəsinin Üstüqəm Bircan Erkanı, keçən həftə birinci pilot kimi iştirak etdiyi ilk xilasetmə əməliyyatında Kocaeli Kandıra sahilində qaya daşlarında çıxılmaz vəziyyətdə qalmış “RAPID” gəmisindən 7 dənizçini uğurla xilas edib. Qəhrəman pilotumuzu ürəkdən təbrik edirəm."