Qolunu aqreqata ilişdirən 17 yaşlı gənc həyatını itirdi

İzmirin Kiraz rayonunda 17 yaşlı Adem Kaygısız, torpaq işləmə aqreqatına (rotovatora) ilişən çuvalı çıxarmaq istədiyi zaman qolunu aparata salaraq faciəvi şəkildə həlak olub.

Sherg.az xəbər verir ki, hadisə Olgunlar məhəlləsində baş verib. 17 yaşlı Adem Kaygısız ailəsinə məxsus şalğam (turp) tarlasında traktorlə alaq təmizləməyə başlayıb.

Traktorun arxasında quraşdırılmış rotovatora bir çuval ilişib. Çuvalı çıxarmağa çalışan Kaygısızın qolu aqreqata düşüb.

Ətrafdakıların xəbər verməsi ilə hadisə yerinə təcili tibbi yardım və jandarma əməkdaşları cəlb olunub.

Tibb işçilərinin yoxlaması nəticəsində Adem Kaygısızın həyatını itirdiyi müəyyən edilib.

Hadisə ilə bağlı istintaq başladılıb.