
Siyasi partiyalara ayrılan vəsait kifayət qədər deyil -AÇIQLAMA
Yusif Nəzərli
05:09 25.10.2025
Siyasət
714
Samir Əsədli: "Artımın simvolik deyil, real dəyişikliyə çevrilməsi vacibdir"
2026-cı ilin dövlət büdcəsində VII çağırış Milli Məclisin deputatlarının təmsil etdikləri siyasi partiyaların fəaliyyətinin maliyyələşdirilməsi üçün 6 milyon manat vəsait nəzərdə tutulub. Bu məsələ "Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsində öz əksini tapıb. Layihədə bildirilib ki, 2025-ci illə müqayisədə televiziya, radio və nəşriyyat xərcləri 11,0 milyon manat və ya 16,2 faiz, yaradıcı ittifaqlar, cəmiyyətlər, siyasi partiyalar, diaspora və dini tədbirlərlə bağlı xərclər 0,8 milyon manat və ya 3,5 faiz artımla proqnozlaşdırılıb. "Siyasi partiyalar haqqında" qanuna görə, dövlət tərəfindən ayrılan vəsaitin 40 faizi parlamentə düşən partiyalar arasında bərabər bölünür. Vəsaitin 50 faizi deputatların sayına, yəni 125-ə bölünür və alınan nəticə parlamentdə təmsil olunan partiyalardan seçilən deputat sayına vurularaq həmin siyasi partiyalara verilir.
Milli Məclisdə təmsil olunan Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Samir Əsədli Sherg.az-a deyib ki, 2013-cü ildə "Siyasi partiyalar haqqında" qanuna edilən dəyişikliklərə əsasən, parlamentdə təmsil olunan, eləcə də parlament seçkilərində iştirak etmiş siyasi partiyalara dövlət büdcəsindən maliyyə vəsaiti ayrılır. Onun sözlərinə görə, Vətəndaş Həmrəyliyi Partiyası da 2013-cü ildən etibarən bu vəsaitdən yararlanır:

"Ayrılan maliyyə vəsaiti partiyanın maddi-texniki bazasının möhkəmləndirilməsinə, mərkəzi ofisin saxlanılmasına, əməkdaşların əməkhaqqının ödənilməsinə, rayon təşkilatlarının fəaliyyəti və toplantılarının keçirilməsinə sərf olunur. Partiyalara ayrılan vəsaitin xərclənməsi şəffafdır. Qanunvericiliyə əsasən bu haqda məlumat Mərkəzi Seçki Komissiyasına təqdim olunur və ictimaiyyətin də tanış olması üçün dərc olunur. Amma ayrılan vəsait müasir dövrün tələblərinə cavab verəcək səviyyədə deyil. Qanuna uyğun olaraq müəyyən məhdudiyyətlər və bölüşdürmə prinsipləri mövcuddur ki, bu da ümumi məbləğin az olmasına səbəb olur. Hazırkı iqtisadi reallıqlar, inflyasiya səviyyəsi və sosial xərclərin artması fonunda bu məbləğ siyasi təşkilatların gündəlik fəaliyyətini tam şəkildə təmin etmir. Partiyalar cəmiyyətlə ünsiyyətdə olmaq, bölgələrdə maarifləndirici tədbirlər keçirmək, gənclər və qadınlar təşkilatlarını fəallaşdırmaq üçün daha geniş resurslara ehtiyac duyurlar. Fikrimcə, siyasi partiyaların fəaliyyəti üçün daha optimal şəraitin yaradılması məqsədilə müvafiq qanunvericilikdə yenidən baxılmalı və maliyyələşmə mexanizmlərində artım nəzərdə tutulmalıdır".
S.Əsədli hesab edir ki, bu sahədə şəffaflıq və hesabatlılıq prinsipləri qorunmaqla, dövlətin siyasi institutlara etimadı daha da möhkəmləndirilməlidir:
"Çünki sağlam və rəqabətədavamlı siyasi sistem yalnız bərabər maliyyə imkanları və şəffaf qaydalar əsasında inkişaf edə bilər. Bütün hallarda dövlət büdcəsindən siyasi partiyalara maliyyə dəstəyinin göstərilməsi olduqca vacibdir. Çünki bu gün siyasi partiyaların digər mənbələrdən maliyyələşməsi real imkan daxilində deyil. Yeni büdcə layihəsində müəyyən artım nəzərdə tutulsa da, bu, hələlik kifayət qədər deyil. Artımın simvolik deyil, real dəyişikliyə çevrilməsi vacibdir. Dövlət büdcəsində partiyalara ayrılan vəsaitin artırılması təkcə təşkilati məsələlərin deyil, həm də siyasi mədəniyyətin inkişafına, vətəndaş cəmiyyətinin möhkəmlənməsinə xidmət edəcək. Artımın daha əhəmiyyətli olması siyasi sistemin inkişafı baxımından zəruridir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Yuxudan duran kimi bunu edin
08:20 09.11.2026
Cəmiyyət
Ceyson Momoa sevgilisi ilə
07:51 09.11.2026
Şou
"Nvidia" rəhbərinin casusluqla mümkün əlaqəsini araşdırır
07:17 09.11.2026
Aktual
Qüds patriarxı Ukraynaya səfər edəcək
06:42 09.11.2026
Dünya
Mətbəx süngəri tarixə qovuşur
05:25 09.11.2026
Maraqlı
“Halef” final edir
04:50 09.11.2026
Şou
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
03:33 09.11.2026
Hadisə
Rusiya mediası Əliyevin bu çıxışından yazır
02:57 09.11.2026
Gündəm
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm