ABŞ-da çovğun 12 can alıb: "Bomba siklonu"na çevrilə bilər

Amerika Birləşmiş Ştatlarında (ABŞ) demək olar ki, bütün ölkəni əhatə edən çovğunla bağlı xəbərdarlıq edilib. Bəzi bölgələrdə son 40 ilin ən soyuq qışı gözlənilir.  Prezident Co Bayden də əhaliyə xəbərdar etdi. Şaxtalı soyuqlar səbəbindən indiyədək 12 nəfər ölüb. Üstəlik, fırtınanın “Bomba Siklonuna” çevriləcəyi proqnozu da verilib. 
Sherg.az xarici mediaya istinadən xəbər verir ki, Milli Hava İdarəsi (NOAA) tərəfindən yayılan  şərhdə, şimal qütbündən gələn və ABŞ və Kanadanın bəzi bölgələrini bürüyən  dondurucu küləklərin ABŞ-ın şərqinə doğru təsirini artırdığı və bütün il boyu davam edəcəyi bildirilib.
Sinoptiklər ABŞ-da təsirli olacaq arktik soyuqların 100 milyondan çox insana təsir edəcəyini və son onilliklərin ən soyuq Milad bayramının yaşanacağını vurğulayıb.
ABŞ-da çovğun 12 nəfərin həyatına son qoydu! "Bomba Siklonu"na çevrilə bilər - 6
Kaliforniyanın San Fransisko Beynəlxalq Hava Limanında sərnişinlərin piştaxtada növbə gözlədiyi görülüb.
Səlahiyyətlilər fırtına ilə əlaqədar bildiriblər ki, 1 milyondan çox vətəndaş işıqsız qalıb.
Şiddəti getdikcə artacaq fırtınanın "Bomba Siklonuna" çevrilə biləcəyi ifadə edilir.
"Bombalı siklonlar"  çox tez güclənən fırtınadır.
"Bomba siklonlar"  Yer səthinə yaxın havanın atmosferdə sürətlə qalxması və barometrik təzyiqin qəfil azalmasına səbəb olduqda əmələ gəlir.
Turan Can