Ağdaşda kanalda 56 yaşlı kişinin meyiti tapılıb.
Teleqraf-ın Mərkəzi Aran bürosu xəbər verir ki, hadisə Şirvan kanalın Şəkili kəndi yaxınlığından keçən hissəsindəki körpü həndəvərində baş verib.
1970-ci il təvəllüdlü Yevlax rayon sakini Süleymanov Tofiq Qaçay oğlunun meyiti kanaldan çıxarılaraq aidiyyatı üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.