Antalyada yol kənarındakı otlaq ərazidə başlayan yanğın balıqçılıq limanına yayılaraq 20-dən çox qayığa zərər vurub.
Teleqraf "TRT Haber"ə istinadla xəbər verir ki, bu barədə Antalya valisi Hulusi Şahin məlumat verib.
Gecə saat 03:30 radələrində Sarısu bölgəsində başlayan yanğın güclü küləyin təsiri ilə qısa müddətdə böyüyüb.
Valinin sözlərinə görə, yanğınsöndürənlərin operativ müdaxiləsi nəticəsində alovun dənizdəki digər gəmilərə və yaxınlıqdakı meşəlik sahəyə keçməsinin qarşısı alınıb. Təhlükəsizlik məqsədilə bir müddət bağlanan Antalya-Kəmər avtomobil yolu nəzarət altına alındıqdan sonra yenidən hərəkətə açılıb. Hazırda hadisənin səbəbləri araşdırılır.