Arıqlamaq istəyərkən diş fırçasını uddu

İstanbulda yaşayan 21 yaşlı qadın arıqlamaq məqsədilə özünü qusdurmağa çalışarkən təsadüfən 13 santimetrlik diş fırçasını udub.

Sherg.az xəbər verir ki, vəziyyəti pisləşən gənc xəstəxanaya çatdırılıb. Həkimlərin apardığı müayinədən sonra diş fırçası təxminən 40 dəqiqə davam edən əməliyyatla mədədən çıxarılıb.

Cərrah Kubilay Özgür Öztütüncü bildirib ki, yad cismin ölçüsü böyük olduğundan onu endoskopik üsulla çıxarmaq riskli hesab edilib.

Həkimin sözlərinə görə, xəstə daha əvvəl də arıqlamaq üçün özünü qusdurmağa cəhd edib. O, bu cür üsulların təhlükəli olduğunu vurğulayaraq, həm arıqlamaq, həm də yad cisim udulması hallarında mütləq həkimə müraciət etməyi tövsiyə edib.