Ata övladının ölümündə dolayı iştirak edib - Psixoloq faciənin psixoloji izlərini açıqladı
10:20 21.10.2025
Hadisə
433
Fərqanə Mehmanqızı: “Posttravmatik stress ailənin bütün funksiyasını dağıda bilər”
Sabunçu rayonu Zabrat qəsəbəsində uşaq ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəs baş verib. Qəsəbə sakini 1992-ci il təvəllüdlü Tural Süleymanov 7 yaşlı oğlu Usamə Süleymanlını qucağına alaraq “BMW” markalı avtomobilə əyləşib. Bu zaman azyaşlı uşaq sürüşərək sürət pedalına sıxılıb. Nəticədə avtomobil hərəkətə gələrək hasara çırpılıb. Hadisə nəticəsində azyaşlı U.Süleymanlı hadisə yerində ölüb, T.Süleymanov isə ağır xəsarətlər alaraq xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti həkimlər tərəfindən ağır qiymətləndirilir.
Faktla bağlı Sabunçu RPİ tərəfindən araşdırma aparılır.
Qeyd edək ki, 7 yaşlı uşağın valideyn qucağında olarkən həyatını itirməsi, yol təhlükəsizliyi və valideyn məsuliyyəti mövzularını yenidən gündəmə gətirib. Hadisənin detalları göstərir ki, hətta qısa anlıq diqqətsizlik və ya təhlükəsizlik qaydalarına əməl etməmək ölümcül nəticələrə səbəb ola bilər. Bu faciə valideynlər və sürücülər üçün ciddi xəbərdarlıq olmaqla, yol-nəqliyyat təhlükəsizliyinin zəruriliyini vurğulayır.
Psixoloq Fərqanə Mehmanqızı da “Sherg.az”a açıqlamasında hadisənin olduqca faciəvi olduğunu bildirib. Onun sözlərinə görə, həm ailə, həm də cəmiyyət üçün dərin psixoloji izlər buraxa bilər:
“Bu hadisə olduqca faciəvidir və həm ailə, həm də cəmiyyət üçün dərin psixoloji izlər buraxa bilər. Hadisə nəticəsində uşaq itkisi və valideynin fiziki və emosional travması kompleks travmatik təcrübə yaradır. Ata övladının ölümündə dolayı iştirak etdiyi üçün güclü günahkarlıq hissi, özünə qarşı aqressiya və posttravmatik stress pozuntusu (PTSP) yaşaya bilər. Bu cür travmalar təkcə an və ya atanın psixikasını deyil, həm də ailənin ümumi funksionallığını ciddi şəkildə təsir edə bilər”.
Psixoloqun fikrincə, hadisə uşaq təhlükəsizliyi qaydalarının nə qədər vacib olduğunu bir daha xatırladır. Avtomobildə uşaqla səyahət edərkən uşaq oturacağı, təhlükəsizlik kəməri və uşağın ön oturacaqdan uzaq olması kimi qaydalara ciddi əməl etmək həyati əhəmiyyət daşıyır:
“Bu, yalnız uşağın fiziki təhlükəsizliyini təmin etmir, həm də valideynlərin təhlükə qarşısında daha hazırlıqlı olmasını təmin edir. Belə hadisələrdən sonra valideynlər çox vaxt cəmiyyət tərəfindən günahlandırılır, bu isə onların psixoloji sağalmasına mane olur. Valideynlərin qınanmadan dinlənilməsi, empatiya və dəstək göstərilməsi onların yenidən həyatda tutunmasına, emosional stabilliyin bərpasına yardımçı olur. Sosial təzyiqin azaldılması, valideynin psixoloji yükünün yüngülləşdirilməsi baxımından vacibdir.
Hadisənin təsiri ilə üzləşən valideynlər və yaxın ailə üzvləri mütləq peşəkar psixoloji yardım almalıdır. Psixoloq və ya psixiatrın dəstəyi travmanın işlənməsinə, günahkarlıq hissinin azaldılmasına və ailənin normal həyat fəaliyyətinə qayıtmasına imkan yaradır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Çexiyanın Vltava və Elba çaylarında suyun səviyyəsi kəskin enib
03:59 08.10.2026
Ekologiya
Həmzət ona 1 milyon təklif etdi: Yeri de, döyüşək!
03:23 08.10.2026
İdman
Ağ Ev Pentaqona İrana zərbələrlə bağlı tapşırıq verdi
02:46 08.10.2026
Son dəqiqə
Tramp FTB-ni həyat yoldaşı və oğlunu izləməkdə ittiham edib
01:21 08.10.2026
Aktual
Qətər sahillərində tankerə zərbə endirildi
00:59 08.10.2026
Gündəm
KİV: İran və ABŞ arasında vasitəçilik səyləri dalana dirənib
00:20 08.10.2026
Aktual
Əgər mənə Nobel mükafatını verməsələr... - Tramp
22:39 07.10.2026
Dünya
Şirvanda 18 yaşlı gənc bıçaqlanıb
22:02 07.10.2026
Hadisə
Sabunçuda hərəkət qismən məhdudlaşdırılacaq
21:37 07.10.2026
Cəmiyyət
Litva Kalininqrad sərhədinə ordu yerləşdirmək istəyir
21:20 07.10.2026
Dünya
Lerikdə iki yol qəzası olub, xəsarət alanlar var
20:40 07.10.2026
Hadisə
Azərbaycanda bu məhsullar oyuncaq sayılmayacaq - Rəsmi
20:31 07.10.2026
Sosial
Prezident Messidən danışdı: İnanılmazdır!
20:23 07.10.2026
Futbol
Zelim Tçkayev: Rəqibim güclü idi, heç bir bəhanə yoxdur
20:12 07.10.2026
İdman
Rusiya Çerniqova hücum etdi: 18 ölü, 55 yaralı
20:04 07.10.2026
Gündəm