Badamdar qəsəbəsində dağ ətəyində yanğın olub - FOTO - YENİLƏNİB


Fövqəladə Hallar Nazirliyinin (FHN) Bakının Səbail rayonu, Badamdar qəsəbəsində dağlıq ərazidə baş vermiş yanğınla bağlı məlumat yayıb.

APA xəbər verir ki, nazirliyin “112” qaynar telefon xəttinə daxil olan məlumat qəbul ediləndən dərhal sonra FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğınsöndürmə işlərinə cəlb olunub. Hazırda yanğının söndürülməsi istiqamətində operativ və təxirəsalınmaz tədbirlər görülür.


İlkin məlumata əsasən, dağlıq ərazidə quru ot və kol-kos yanır.

Əlavə məlumat veriləcək.

***

Saat 00:22

Bakının Səbail rayonu, Badamdar qəsəbəsi ərazisində, dağətəyi yerdə yanğın baş verib.

APA-nın məlumatına görə, hadisə zamanı əsasən quru ot, kol-kos yanıb. Yanğın hazırda da davam edir.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən maşınları cəlb olunub. Yanğının söndürülməsi istiqamətində işlər görülür.