Bakıda 87 yaşlı qadın 6-cı mərtəbədən yıxılaraq ölüb

Bakıda 87 yaşlı qadın 6-cı mərtəbədən yıxılaraq ölüb.

APA-nın məlumatına görə, hadisə ötən gün Xətai rayonunun Gəncə prospektində baş verib.

Əqli qüsurlu olduğu bildirilən 1938-ci il təvəllüdlü V.Rüstəmova yaşadığı binanın 6-cı mərtəbəsindəki evinin eyvanından yıxılaraq ölüb.


Faktla bağlı araşdırma aparılır.