Bakıda bərbərxanada 28 yaşlı gənc qətlə yetirilib, cinayət işi başlanılıb - YENİLƏNİB 

Bakıda bərbərxanada 28 yaşlı gənc qətlə yetirilib, cinayət işi başlanılıb.
Bu barədə "Report"a Nəsimi Rayon Prokurorluğundan məlumat verilib.
Bildirilib ki, dekabrın 16-da saat 14 radələrində paytaxtın Nəsimi rayonu ərazisində 1994-cü il təvəllüdlü İlkin Qurbanlının öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Aparılan araşdırmalarla zərərçəkmişin tanışı, 1994-cü il təvəllüdlü İsmət Qədirovun şəxsi münasibətlər zəminində aralarında yaranan münaqişə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək İlkin Qurbanlını qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
İsmət Qədirov şübhəli şəxs qismində tutulub.
Hazırda iş üzrə istintaq davam edir.

13.56
Bakıda bərbərxanada 28 yaşlı gənc qətlə yetirilib.
Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, bu gün saat 13 radələrində Nəsimi rayonunda bıçaqlama hadisəsi ilə bağlı polisə məlumat daxil olub.
Belə ki, rayonun Asif Məhərrəmov küçəsində yerləşən bərbərxanların birində bərbər işləyən 1994-cü il təvəllüdlü İsmət Qədirov münaqişə zəminində 1994-cü il təvəllüdlü İlkin Qurbanlıya bıçaqla müxtəlif dərəcəli xəsərətlər yetirməklə onu qətlə yetirib.
Polisin keçirdiyi tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən İ.Qədirov saxlanılaraq istintaqa təhvil verilib.