Bakıda dünya çempionunun qətli ilə bağlı cinayət işi açılıb
Yusif Nəzərli
05:17 15.03.2022
Hadisə
575
Bakıda baş verən qətl hadisəsi ilə bağlı cinayət işi açılıb.
"Report"un əldə etdiyi məlumata görə, hadisə martın 14-də Binəqədi rayonu, 6-cı mikrorayon ərazisində yerləşən marketlərin birində qeydə alınıb.
Belə ki, 1984-cü il təvəllüdlü Yusifov Zaur Əli oğlu naməlum şəxs tərəfindən odlu silahla güllələnərək qətlə yetirilib. Hadisəni törədən şəxsin müəyyən edilərək saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri aparılır.
Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
Qeyd edək ki, 2020-ci il mayın 9-da Binəqədi rayonu ərazisində 1995-ci il təvəllüdlü Həsən Tağıyev 1988-ci il təvəllüdlü Emin Səfərovu avtomobilində çoxsaylı bıçaq xəsarətləri ilə qətlə yetirib. İstintaq zamanı Zaur Yusifov da tutulub.
Kikboks üzrə dünya çempionu Z.Yusifov Emin Səfərovun qətlini sifariş etməkdə ittiham edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, H.Tağıyev 18 il müddətinə azadlıqdan məhrum olunub.
Z.Yusifova isə qətldə iştirakı sübuta yetirilmədiyinə görə bəraət verilib. O, məhkəmə zalından azadlığa buraxılıb.
Xatırladaq ki, qətlə yetirilən E.Səfərov kriminal aləmdə “Emin 444” kimi tanınıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Misir liderindən Pezeşkiana: Dərhal dayandırın!
20:00 13.03.2026
Region
İrandan indiyədək Azərbaycan sərhədi ilə 2309 nəfər təxliyə edilib
19:25 13.03.2026
Gündəm
Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi açıqlanıb
19:00 13.03.2026
Siyasət
Əli Əsədov Murat Kurumla görüşüb
18:50 13.03.2026
Siyasət
Türkiyə Ordusunun Quru Qoşunları komandanı İranla sərhədə gedib
18:34 13.03.2026
Gündəm
Küçədə elektron siqaret çəkənlər cərimələnəcək
18:28 13.03.2026
Sosial
Nikita Xruşşovun nəticəsi Rusiyada xarici agent elan edildi
18:18 13.03.2026
Dünya
Pezeşkian: İran rəsmiləri Ali Rəhbərin təlimatlarına əməl edəcək
18:04 13.03.2026
Region
Britaniya və Fransa səfirləri Rusiya XİN-ə çağırıldı
17:51 13.03.2026
Dünya
Makron: Rusiya bunu Ukrayna üçün fürsət kimi görsə, yanılacaq
17:38 13.03.2026
Dünya
Tramp Putinin İrana "azacıq" kömək göstərə biləcəyini etiraf edib
17:28 13.03.2026
Dünya
İlber Ortaylı vəfat edib
16:51 13.03.2026
Cəmiyyət
ABŞ-ın müharibə naziri: Müctəba Xamenei yaralanaraq şikəst qalıb
16:40 13.03.2026
Dünya