Bakıda məktəbli infarktdan ölüb

Bakıda məktəbin həyətində şagird infarktdan ölüb.

APA-nın məlumatına görə hadisə paytaxtın Sabunçu rayonunda Bakıxanov qəsəbəsində yerləşən 94 saylı məktəbin həyətində qeydə alınıb.

Bakı şəhər sakini 2008-ci il təvəllüdlü Eşqin Məhi oğlu Rüstəmov infarktdan ölüb.

Faktla bağlı araşdırma aparılır.