Bədbəxt qadın: Astronavta aşiq oldu, dələduza çıxdı
13:47 02.09.2025
Hadisə
397
Özünü astronavt kimi təqdim edən şəxs, “kosmik gəmidə oksigen alacağı” yalanı ilə bir qadını aldadıb.
Sherg.az xəbər verir ki, Yaponiyanın şimalındakı Hokkaydo adasında yaşayan bədbəxt qadın iyul ayında sosial şəbəkədə həmin dələduzla tanış olub.
AFP-yə açıqlama verən yerli polis əməkdaşı hadisəni “romantik dələduzluq” adlandırıb.
Məlumata görə, dələduz bir neçə söhbətdən sonra yaşlı qadına “hazırda kosmosda kosmik gəmidə olduğunu, hücum altında qaldığını və oksigenə ehtiyac duyduğunu” deyib.
Sonra qadından oksigen almağa kömək etməsi üçün internet üzərindən pul köçürməsini istəyib və nəticədə təxminən 1 milyon yen (6.700 dollar) göndərilməsinə nail olub.
Yerli KİV-in xəbərinə görə, aldadılan qadın tək yaşayır. Onlayn ünsiyyət irəlilədikcə qadın həmin adama qarşı hisslər bəsləməyə başlayıb.
Dünya Bankının məlumatına əsasən, Yaponiya kiçik Monakodan sonra dünyanın ən yaşlı ikinci əhalisinə sahibdir və yaşlı insanlar tez-tez müxtəlif növ təşkilatlanmış dələduzluqların qurbanına çevrilirlər.
Bunlara ən çox rast gəlinən üsullardan biri dələduzların özlərini çətin vəziyyətdə olan ailə üzvü kimi təqdim etməsidir.
Polis isə yaşlıların sığorta haqları və ya pensiya maaşlarını ələ keçirmək məqsədilə onları bankomatlardan istifadə etməyə inandırmaq cəhdləri barədə xəbərdarlıq edib.
Turan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
BMT-nin ölkəmizdəki Rezident Əlaqələndiricisi ilə görüş keçirilib
18:35 08.10.2026
Gündəm
Beynəlxalq səyyahlar Ağdamda olublar - YENİLƏNİB
18:30 08.10.2026
Sosial
Türkiyənin F-35 proqramına qayıtması mümkündür - Hərbi ekspert
18:10 08.10.2026
Gündəm
Abbas Əraqçi: ABŞ-dən təkliflər almışıq, tezliklə cavab verəcəyik
18:01 08.10.2026
Aktual
Zaxarovanın sözləri Almaniyaya təhdid mesajıdır - POLİTOLOQ
17:53 08.10.2026
Siyasət
Pezeşkian Xəzər dənizi ilə bağlı xəbərdarlıq etdi
17:35 08.10.2026
Cəmiyyət
Türkiyə husilərə hücum edəcək? - Hakan Fidan açıqladı
16:54 08.10.2026
Gündəm
Bakıda “Türkiyə-Azərbaycan Dostluq Konserti” keçiriləcək
16:53 08.10.2026
Mədəniyyət
Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb
16:35 08.10.2026
Hadisə
Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul etdi
16:01 08.10.2026
Gündəm
Abşeronda motoxuliqanlıqla bağlı 23 nəfər saxlanılıb
15:54 08.10.2026
Hadisə
Dövlət Statistika Komitəsinə yeni sədr müavini təyin edilib
15:31 08.10.2026
Cəmiyyət