Bu universitetlərdə təhsil haqqı artırıldı
Bu universitetlərdə təhsil haqqı artırıldı
10:09 26.07.2024
Hadisə
345
Azərbaycanda qəbul imtahanları artıq yekunlaşıb, bir neçə həftədən sonra ixtisas seçimi başlayacaq. Ötən illə müqayisədə 2024/2025-ci tədris ilində plan yerlərinin sayı 5% artırılıb. Yeni tədris ilində 60 minə yaxın abituriyentin tələbə adını qazanacağı gözlənilir. Bunun 28 minə yaxını dövlət sifarişli olacaq.
Beləliklə, yeni tədris ilində 30 mindən çox abituriyentin ödənişli əsaslarla təhsil alacağı gözlənilir. Universitetlərlə maraqlanan bəzi abituriyentlər illik təhsil haqlarının artırıldığını deyirlər.
Sherg.az xəbər verir ki, Bakı Dövlət Universitetindən Modern.az-a ödənişli əsaslarla oxuyacaq tələbələrin təhsil haqlarında dəyişiklik olmadığı bildirilib.
Azərbaycan Dövlət İqtisad Universitetindən (UNEC) təhsil haqlarında artım olacağı deyilib. Ali təhsil müəssisəsi artımın məbləğini açıqlamayıb.
Azərbaycan Dillər Universitetindən isə bildiribi ki, bir sıra ixtisasların illik təhsil haqlarında artım olacaq. "Misal olaraq ingilis dili müəllimliyi, ingilis, alman və fransız dilləri üzrə dil və ədəbiyyat müəllimliyi, eləcə də tərcümə, beynəlxalq münasibətlər ixtisaslarını göstərmək olar. İngilis dili müəllimliyi ixtisasının illik təhsil haqqı 2500 manatdan 2700 manata qaldırılıb".
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetindən qeyd olunub ki, təhsil haqqı ötən il ilə müqayisədə dəyişməyib, bakalavrda 1950 AZN, magistraturada 1800-2000 AZN arasıdır.
Azərbaycan Dövlət Memarlıq və İnşaat Universitetindən verilən məlumata görə, bu il təhsil haqlarında hansısa dəyişiklik nəzərdə tutulmayıb. İllik təhsil haqqı 2000-2500 manat arasında dəyişir.
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin illik təhsil haqlarında da dəyişiklik yoxdur. Təhsil haqları bakalavr pilləsində 2000-2500, magistr pilləsində 2500-3000 manat arasında dəyişir.
Xəzər Universiteti də illik ödənişlərdə artım olmadığını, məbləğin 4000-5000 manat arasında dəyişdiyini bildirib.
Azərbaycan Texniki Universitetindən bildirilib ki, illik təhsil haqlarında dəyişiklik nəzərdə tutulmayıb.
Azərbaycan Dövlət Pedaqoji Universitetində isə təhsil haqları artırılıb. Məlumata görə, bütün ixtisaslar üzrə 2000 manat olan illik təhsil haqqları 2300 manata qaldırılıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
CHP-nin İstanbul şöbəsinə yeni sədr təyin edildi
21:36 15.10.2026
Dünya
Ölümdən dönən sənətçi - Tacir Şahmalıoğlundan AÇIQLAMA
21:34 15.10.2026
Mədəniyyət
Böyük Britaniya Ukraynaya əlavə "Storm Shadow" raketləri göndərəcək
21:11 15.10.2026
Dünya
Ukrayna bir neçə obyekti vurmağı bacardı - Putin
20:59 15.10.2026
Region
Özbəkistan Prezidentinin Azərbaycana işgüzar səfəri başa çatıb
20:34 15.10.2026
Siyasət
Tanınmış rusiyalı jurnalist terrorçu elan edildi
20:07 15.10.2026
Gündəm
Onun edamı canlı yayımlanmayacaq - Tramp
19:58 15.10.2026
Dünya
İran Oman körfəzində tankeri vurdu
19:42 15.10.2026
Gündəm
İranlı general: Quru əməliyyatları ABŞ-yə baha başa gələcək
19:34 15.10.2026
Aktual
Yəməndə prezident sarayı raket hücumuna məruz qalıb
19:21 15.10.2026
Aktual
ÇL: Həftənin ən yaxşı futbolçusu bilinib
19:10 15.10.2026
Futbol
Erlinq Holand Lionel Messinin iki rekordunu qırdı
19:02 15.10.2026
Futbol
Litva və Ukrayna PUA komponentlərini birgə istehsal edəcək
18:54 15.10.2026
Aktual
Fyodor Şukin Dağıstanın rəhbəri seçildi
18:46 15.10.2026
Dünya
Tuskdan Zelenskiyə: Siz tək deyilsiniz!
18:20 15.10.2026
Dünya