Dələduzluqda ittiham olunan təşkilat sədri və digərlərinə cəza istənilib
14:46 27.10.2025
Hadisə
311
“Yeni İctimai Nəzarət Şurası”nın sədri Ramil Şükürov, həmin Şuranın Qazilər və veteranlarla iş üzrə sədr müavini Koroğlu İbrahimov, tanışı Diləfruz Mustafayeva və Elçin Aslanlının cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.
APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aygün Qurbanovanın sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının yekunlaşdığı elan olunub.
Dövlət ittihamçısı çıxış edərək Ramil Şükürova 2 il 6 ay müddətinə müəyyən vəzifə tutmaq hüququndan məhrum edilməklə 8 il, Koroğlu İbrahimova 2 il müəyyən vəzifə tutmaq hüququndan məhrum edilməklə 7 il 6 ay, Diləfruz Mustafayevaya öncəki cəzası da toplanmaqla 2 il müəyyən vəzifə tutmaq hüququndan məhrum edilməklə 7 il 6 ay və Elçin Aslanlıya 7 il müddətinə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini təklif edib.
Daha sonra vəkillər çıxış edib.
Növbəti proses oktyabrın 31-nə təyin edilib.
Qeyd edək ki, ötən il Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Siyavuş Hacıyevin sədrliyi ilə keçirilən prosesdə prokuror təqsirləndirilən Ramil Şükürovun 9 il, Koroğlu İbrahimovun 8 il, Diləfruz Mustafayevanın 7 il, Elçin Aslanlının 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi. Sonradan hakim Siyavuş Hacıyev vəfat etdiyinə görə, məhkəmə istintaqı yenilənib.
Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılmış istintaq-əməliyyat tədbirləri ilə, respublikanın bir çox rayon və şəhərləri üzrə bölmələri və yüzlərlə üzvü mövcud olan həmin qanunsuz təşkilatın sədri Ramil Şükürovun rəhbərlik etdiyi qurumun adının cəmiyyətdə formalaşdırdığı guya ayrı-ayrı dövlət orqanlarının fəaliyyətinə ictimai nəzarət, müdaxilə imkanı və rəhbər vəzifəli şəxslərlə münasibətlərin olmasına dair uydurma görüntüdən istifadə edərək vətəndaşlara qarşı bir sıra qanunsuz hərəkətlər törətməsinə əsaslı şübhələr müəyyən edilib.
Müəyyən edilib ki, Ramil Şükürov özünü və əlbir olduğu dəstə üzvlərini müxtəlif dövlət qurumları və müəssisələrə işə qəbul olunma, hüquqi şəxslərin fəaliyyətlərinin bərpa edilməsi, şəhidlik statusunun verilməsi, hüquq-mühafizə orqanlarında istintaqı aparılan cinayət işləri və məhkəmələrdə baxılan işlər üzrə şəxslərin azadlığa buraxılmalarının təmin edilməsi, o cümlədən əlillik dərəcəsinin alınmasında köməklik göstərilməsi imkanına malik şəxslər kimi təqdim edərək vətəndaşlara, xüsusilə də əhalinin sosial baxımdan həssas təbəqəsinə məxsus pul vəsaitlərini ələ keçirmək məqsədi ilə fəaliyyət göstərən sabit cinayətkar qrupun rəhbəri olub.
Qeyd edilən üsul və məqsədlə onun birbaşa, habelə cinayətkar qrupun digər üzvləri olan - həmin Şuranın Qazilər və veteranlarla iş üzrə sədr müavini olan Koroğlu İbrahimov və tanışı Diləfruz Mustafayeva ilə birlikdə rəsmi sənədləri saxtalaşdırıb qanunsuz istifadə edərək onlara müraciət edən çoxsaylı vətəndaşlara məxsus ümumilikdə 219 min 570 manat məbləğində pul vəsaitini aldatma yolu ilə ələ keçirmələrinə əsaslı şübhələr müəyyən edilib.
Həmçinin, Ramil Şükürovun tanışı Elçin Aslanlı ilə qabaqcadan əlbir olaraq digər vətəndaşdan tələb etdiyi 100 min manat məbləğində pulun müəyyən hissəsini ələ keçirməsinə də əsaslı şübhələr müəyyən edilib.
Toplanmış sübutlarla əvvəllər məhkum olunmaqla əməlində xüsusi təhlükəli residiv olan Ramil Şükürova və əməlində təhlükəli residiv olan Elçin Aslanlıya, habelə Koroğlu İbrahimov və Diləfruz Mustafayevaya törətdikləri əməllərə müvafiq olaraq Cinayət Məcəlləsinin 178.3.1-ci (Dələduzluq, mütəşəkkil dəstə tərəfindən törədildikdə) 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə), 312,2-ci (Vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə və ya təkrar rüşvət vermə), 320.1- ci (Rəsmi sənədləri saxtalaşdırma) və 320.2-ci (saxta sənədlərdən istifadə etmə) maddələri ilə yekun ittiham elan olunub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycanda yeni parklanma qaydaları təsdiqləndi
17:24 16.07.2026
Cəmiyyət
Milli Məclisin sədri Fələstin Baş naziri ilə görüşüb
17:17 16.07.2026
Siyasət
Çarukyanın binası bələdiyyəyə verildi
16:57 16.07.2026
Cənubi Qafqaz
VK və "Maks" mesenceri "Google Play" mağazasından silindi
16:50 16.07.2026
Texnologiya
Kəlbəcərdə batan 11 yaşlı uşağın meyiti tapılıb - YENİLƏNİB
16:43 16.07.2026
Hadisə
Rusiya Türkiyəyə təşəkkür etdi
16:35 16.07.2026
Dünya
Şəmkirdə yeniyetmə qıcolmadan ölüb
16:05 16.07.2026
Hadisə
İran Küveytə dron hücumu edib
15:52 16.07.2026
Gündəm
Aya aparılan SSRİ bayrağı 80 min dollara satıldı
15:44 16.07.2026
Futbol
Futbolçu qorxur, mundialdan ölkəsinə qayıda bilmir
15:30 16.07.2026
Futbol
Ukrayna Rusiyanın “kölgə donanması”na aid daha 11 gəmini vurub
15:15 16.07.2026
Dünya
Politoloq: "3+3" formatı artıq Minsk Qrupuna çevrilməkdədir
14:59 16.07.2026
Region
Böyük Britaniyada "TikTok"a qarşı rəsmi istintaq başlanıldı
14:54 16.07.2026
Dünya
Yaponiyada ikinci paytaxt yaradılır
14:47 16.07.2026
Dünya
Əliabbas Müznibin “Dirilik” məfkurəsi
14:25 16.07.2026
Tarix
Bakıda güclü külək nə vaxta qədər əsəcək?
14:05 16.07.2026
Ekologiya