DSX və DİN birgə əməliyyat keçirib-Saxlanılanlar var
DSX və DİN birgə əməliyyat keçirib-Saxlanılanlar var
08:30 18.07.2024
Hadisə
407
Dövlət Sərhəd Xidməti və Daxili İşlər Nazirliyi birgə əməliyyat keçirib.
Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən verilən xəbərə görə, iyul ayının 16-da saat 02:40-da Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində ümumi çəkisi 17 kiloqram narkotik vasitə marixuananı qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirən Qazax rayon sakini 1984-cü il təvəllüdlü Rəsulov Kamil Səttar oğlu Dövlət Sərhəd Xidməti əməkdaşlarının sayıqlığı nəticəsində saxlanılıb.
Narkotik vasitələrin qaçaqmalçılığı və qanunsuz dövriyyəsi ilə məşğul olan mütəşəkkil cinayətkar qrupun digər üzvlərinin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilməsi istiqamətində Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti və Daxili İşlər Nazirliyinin birgə həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Qaradağ rayon sakinləri 1982-ci il təvəllüdlü İsgəndərov Elçin Əliağa oğlu, 1985-ci il təvəllüdlü İsgəndərov Gülağa Əliağa oğlu və 1989-cu il təvəllüdlü Sariyev Taleh Babakərim oğlu Bakı şəhəri ərazisində saxlanılıb.
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə