Ekoloq: Xəzərin səviyyəsinin azalmasından təşvişə düşmək lazım deyil
Yusif Nəzərli
06:58 28.01.2024
Hadisə
574
Zaman-zaman gah kiçilib, gah da böyüyüb
Xəzər dənizində suyun səviyyəsinin enməsi narahatlıq doğurur. İranın Su Tədqiqatları İnstitutu Xəzərdə suyun səviyyəsinin 50 sm. azaldığını, nəticədə 190 milyard kubmetr suyun məhv olduğunu açıqlayıb. İnstitut hesab edir ki, Xəzər dənizində su səviyyəsinin azalmasının əsas səbəbi iqlim dəyişikliyidir. Ötən il havanın temperaturu 1,3 dərəcə yüksəlib, bu ildə də temperaturun 1-4 dərəcə yüksələcəyi gözlənilir. Temperaturun yüksəlməsinin su ehtiyatlarına və su səviyyəsinin azalmasına birbaşa mənfi təsiri var.
AMEA Coğrafiya İnstitutunun şöbə müdiri, fəlsəfə doktoru Ənvər Əliyev “Sherg.az”a açıqlamasında Xəzər dənizinin səviyyəsinin azalmasında qeyri-adi bir hal olmadığını dedi:
- Xəzərin səviyyəsi mənfi 22-dən 28-ə düşüb. Hazırda Xəzər dənizi okean səviyyəsindən 28 metr aşağıdadır. Amma burada qeyri-adi bir hal yoxdur. Xəzər əmələ gəldiyi vaxtdan ta bu günə kimi dəfələrlə böyüyüb, kiçilib. Xəzər dənizi, məlumdur ki, 200 milyon il bundan əvvəl nəhəng dünya okeanından əmələ gəlib və dünyanın ən böyük daxili su hövzəsidir. Qapalı su hövzəsi olduğu üçün və dünya okeanı ilə əlaqəsi olmadığına görə enib-qalxması mütəmadi müşahidə olunub. Zaman-zaman gah kiçilib, gah da böyüyüb. Bəzən çox böyük olub, hətta Aralıq dənizi ilə birləşib, bəzən də çox kiçilərək cənub sahilləri Balaxanı, Goradilə dirənib. Bu, Xəzərin alnına yazılmış taledir. Azərbaycan ərazisinin özü də ildə 2 santimetr qalxır. Xəzərin səviyyəsi 1970-ci illərdə də enib. O zaman dənizi xilas etmək üçün müxtəlif üsullar təklif edilib, şimal çaylarının qolunu dənizə gətirmək, Volqa çayına birləşdirmək istəyiblər və sair. Amma sonra dənizin səviyyəsi yenidən başladı qalxmağa. Hətta Bakı-Lənkəran dəmir yolunu basdı, Dağıstanda bir neçə sənaye müəssisəsi suyun altında qaldı.
Ə.Əliyev qeyd etdi ki, Xəzərin səviyyəsinin azalmasından təşvişə düşmək lazım deyil:
- Burada dövrilik var. Bir müddət səviyyə enir, sonra müəyyən dövrdə qalxır... Çalışmaq lazımdır ki, Xəzərin potensialı azalmasın. Dənizin səviyyəsi qalxanda problemlər yaranır. Kommunikasiya xətləri qalır suyun altında. Qəsəbələri su basır. Minlərlə dəfə olub belə hadisələr. Vaxt olub ki, Xəzərin suları Qara dənizlə Azov dənizinə qədər qalxıb. Təsəvvür edin ki, dünya okeanının səviyyəsi qalxsa, Kuma-manıç çökəkliyi var, hansı ki denya okeanından cəmi 7 metr hündürdədir. Dünya okeanı qalxsa, Xəzər birləşəcək dünya okeanı ilə. Dənizin səviyyəsinin qalxıb-enməsi onun mahiyyətindən irəli gəlir. İqlim də təsir edə bilər, tektonik amillərin də təsiri ola bilər. Çünki bu ərazilər tektonik cəhətdən oynaq ərazilərdir. Seysmik aktiv zonalardır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə
Rusiya Almaniyaya xəbərdarlıq etdi
16:03 09.09.2026
Dünya
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
16:01 09.09.2026
Dünya
Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib
15:50 09.09.2026
Dünya
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya