Fransanın Marsel şəhərində bıçaqlı hücum baş verib
19:59 02.09.2025
Hadisə
491
Marselin mərkəzində baş verən insident nəticəsində azı beş nəfər xəsarət alıb.
Trend-in yerli mətbuata istinadən verdiyi məlumata görə, yaralılardan birinin vəziyyəti ağırdır.
Hadisənin törədicisi qanuni əsaslarla Fransada yaşayan Tunis vətəndaşı olub:
"Cinayətkar saat 15:26-da polis tərəfindən zərərsizləşdirilib", – deyə prokuror qeyd edib.
Məlumata əsasən, təcavüzkar Belzans bölgəsində yerləşən oteldən ödəniş etmədiyi üçün çıxarılıb, daha sonra geri dönərək əvvəlcə otaq yoldaşına, ardınca otel müdirinə və onun oğluna hücum edib. Sonra küçədə və yaxınlıqdakı kafedə insanlara bıçaqla zərbələr endirib.
Polis əməkdaşlarının xəbərdarlığına baxmayaraq, o, silahı yerə qoymaqdan imtina edib və onlara hücum etməyə cəhd göstərib. Nəticədə polis odlu silahdan istifadə edərək hücumçunu zərərsizləşdirib.
Birinci qurban – təcavüzkarın otaq yoldaşının vəziyyəti kritik olaraq qiymətləndirilir. Otel müdiri və oğlu isə xəstəxanaya yerləşdirilib, həyatları üçün təhlükə yoxdur.
Hazırda hadisə terror aktı kimi dəyərləndirilmir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
BMT-nin ölkəmizdəki Rezident Əlaqələndiricisi ilə görüş keçirilib
18:35 08.10.2026
Gündəm
Beynəlxalq səyyahlar Ağdamda olublar - YENİLƏNİB
18:30 08.10.2026
Sosial
Türkiyənin F-35 proqramına qayıtması mümkündür - Hərbi ekspert
18:10 08.10.2026
Gündəm
Abbas Əraqçi: ABŞ-dən təkliflər almışıq, tezliklə cavab verəcəyik
18:01 08.10.2026
Aktual
Zaxarovanın sözləri Almaniyaya təhdid mesajıdır - POLİTOLOQ
17:53 08.10.2026
Siyasət
Pezeşkian Xəzər dənizi ilə bağlı xəbərdarlıq etdi
17:35 08.10.2026
Cəmiyyət
Türkiyə husilərə hücum edəcək? - Hakan Fidan açıqladı
16:54 08.10.2026
Gündəm
Bakıda “Türkiyə-Azərbaycan Dostluq Konserti” keçiriləcək
16:53 08.10.2026
Mədəniyyət
Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb
16:35 08.10.2026
Hadisə
Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul etdi
16:01 08.10.2026
Gündəm
Abşeronda motoxuliqanlıqla bağlı 23 nəfər saxlanılıb
15:54 08.10.2026
Hadisə
Dövlət Statistika Komitəsinə yeni sədr müavini təyin edilib
15:31 08.10.2026
Cəmiyyət
Rusiya Ermənistana Fransa ilə bağlı xəbərdarlıq etdi
15:05 08.10.2026
Dünya