Gənc qıza görünməmiş diaqnoz qoyulub
Yusif Nəzərli
07:38 14.02.2024
Hadisə
412
Özünə qarşı allergiyası var
Avstraliyada yaşayan 11 yaşlı Summah Vilyams qəribə allergiya xəstəliyinə tutulub. Dərisi quruyub çatlayan, qopub tökülən qız müayinə olunub və həkimlər onun dünyada çox az rastlanan xəstəliyə tutulduğunu müəyyən edib. “Sherg.az” “NTV.com.tr”yə istinadən bildirir ki, 11 yaşlı qıza “özünə qarşı allergiya” diaqnozu qoyulub. Tibdə bu xəstəlik "oto-alerji" adlanır. Bu xəstəlik zamanı insanın bədəni öz mayelərinə qarşı əks-reaksiya verir. Summah Vilyams da belə bir vəziyyətlə qarşılaşıb. Uşağın quruyaraq çatlayıb tökülən dərisinin altında iltihab əmələ gəlib. Anası Karin Zimni əvvəlcə zənn edib ki, uşağın dərisinin bu hala gəlməsi günəş yanıqlarıdır. Amma uşaq isti havada titrəyir və davamlı qaşınırdı. Ana qızını xəstəxanaya aparıb. Orada uşağın stafilokok infeksiyası keçirdiyini bildiriblər və ona antibiotik dərmanlar verilib. Bu zamansa uşağın dərisi ilan kimi soyulmağa başlayıb. Ana qızını çimizdirərkən hamam otağının döşəməsi dəri parçaları ilə dolub. Növbəti dəfə həkimlər qıza eqzema diaqnozu qoyub. Və göz yaşının dəriyə təsir edərək onun qopmasına səbəb olduğunu bildiriblər. Avstraliya Egzema Dərnəyi eqzema xəstəliyinə uşaqların 30, yaşlı insanlarınsa 10 faizində rast gəlindiyini qeyd edib. Hazırda eqzema, sədəf xəstəliyinin və ya dermatitin müalicəsi yoxdur. Ona görə də xəstəliyin əlamətlərinə diqqət edilməsi xüsusi önəm daşıyır. Mütəxəssislər qeyd edir ki, bir insan digərinə qarşı allergiya yarada bilməz. Amma bir insanın bədəni özünə qarşı allergiya yarada bilir. Bəzi insanlarn göz yaşları və bədənlərində əmələ gələn tər həmin insanda allergik reaksiyalar yaradır. Buna tibdə "oto-alerji" – özünə qarşı allergiya deyilir. Bu xəstəlik anemiya, böyrək çatışmazlığı və tiroid xəstəliklərinin yaranmasına səbəb ola bilir. Normal halda hər bir bədən özünə xas və xas olmayan maddələri tanımaq xüsusiyyətinə malikdir. Bunun üçün orqanizm xüsusi qoruyuculara malikdir. Bu qoruyucular bədənin özünə zərər verməsinin qarşısını alır. Lakin bəzən gözlənilməz hallar da olur ki, orqanizmin bu xüsusiyyəti pozulur və belə olduqda bədən özünü tanımır və özünə zərər verməyə başlayır. Belə bir durum ciddi oto-immun xəstəliklərdə antikor əmələ gətirməsi və öz qan hüceyrələriylə mübarizə apararaq orqanizmi çökdürməsinə qədər uzanan ağrılı bir mərhələdir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya
Oğluna Ronaldo adını verdi
11:37 09.09.2026
Maraqlı
İrandan mesaj: Üçüncü Dünya müharibəsinin astanasındayıq
11:36 09.09.2026
Dünya
Qolunuz uyuşanda niyə yad bir orqan kimi hiss olunur?
11:10 09.09.2026
Sağlamlıq
İsraildən xaricə köç artır: Ölkəyə qayıdanların sayı 58 faiz azalıb
10:54 09.09.2026
Dünya
Blokadadan çıxa bilməyən İran münaqişəni yenidən alovlandırdı
10:35 09.09.2026
Gündəm