Gəncə şəhərində bir-birinə bitişik beş ev yanıb

Gəncə şəhərində bir-birinə bitişik beş ev yanıb.
"Report"un Qərb bürosunun məlumatına görə, hadisə şəhərin M.Rəhimov küçəsində qeydə alınıb.
Belə ki, A.Mehdiyev, E. Alırzayevə, Ç.Şaxtaxtinski onun anası R.Şaxtaxtinskaya və Cəmilə adlı qadına məxsus bir-birinə bitişik evlərdə yanğın olub.

Yanğında 4 ev tam,1 evin isə dam örtüyü yanıb.

Əraziyə 4 yanğınsöndürən maşın və 20-ə yaxın canılı qüvvə cəlb olunub və yanğın söndürülüb.

Faktla bağlı araşdırma aparılır.