Gəncədə 25 yaşlı gəncin meyiti tapılıb

Gəncədə 2001-ci il təvəllüdlü oğlanın meyiti tapılıb.

Teleqraf-ın Qərb bürosu xəbər verir ki, Mətləb Alıyevin meyiti yaşadığı evdə yaxınları tərəfindən aşkar edilib.

Hadisə yerinə polis və prokurorluq orqanı əməkdaşları cəlb olunub.

Hazırda 25 yaşlı gəncin ölüm səbəbi araşdırılır.

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma başlanılıb.