
Havaya atəş açmaq vəhşilikdir: Ermənistan mediası belə xəbərləri “əldə çıraq” axtarır
Yusif Nəzərli
05:41 08.02.2024
Hadisə
394
“İstər ölkə daxilində olsun, istərsə də Azərbaycandan kənarda hər kəs davranışlarına diqqət etməlidir”
“Niyə kiminsə yüngül ağıllı övladının məsuliyyətsiz davranışına görə bütün millət haqqında mənfi fikir formalaşmalıdır?”
Azərbaycanın Qaraçay-Çərkəz Respublikasındakı diaspor təşkilatında Rusiya hüquq-mühafizə orqanları axtarış aparıb. Buna səbəb Azərbaycan diasporunun sədri İlham Əhmədovun oğlu Kamalın dostunun toy şənliyində havaya Kalaşnikov avtomatından atəş açmasıdır. Hadisə barədə “Shot” teleqram kanalının yaydığı xəbərdə qeyd olunur ki, Kamal Əhmədov Çerkessk şəhərində dostunun toy şənliyi zamanı, daha bir neçə dostu ilə birlikdə küçədə havaya avtomat və tapançalardan atəş açıblar. Bu davranış, təbii ki, yerli sakinlərin təşvişinə və narahatlığına səbəb olub. Hadisə yerinə gələn hüquq-mühafizə orqanları K.Əhmədov və onunla birgə 9 nəfəri həbs edib, onlar barəsində “hüquq-mühafizə orqanlarına tabe olmama” maddəsi ilə protokollar tərtib edilib. İşin materialları məhkəməyə təqdim olunub. Təhlükəsizlik qüvvələri eyni zamanda “Odlar Yurdu” Azərbaycan diaspor təşkilatında yoxlamalara başlayıb.
Belə bir hadisə Qaraçay-Çərkəz Respublikasında fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatı haqqında mənfi rəy yaradır.
Siyasi şərhçi Azər Həsrət “Sherg.az”a açıqlamasında qeyd etdi ki, hadisə barədə məlumatı oxuyub, yayılan videonu da izləyib:
- Bu hadisə həm Azərbaycan mediası, həm Rusiya, həm də Ermənistan mediasında işıqlandırılıb. Hamımız çox gözəl bilirik ki, bu cür hadisələri xüsusilə Ermənistan mediası “əldə çıraq” axtarır. Azərbaycana, azərbaycanlılara qarşı mənfi rəy yaratmaq üçün. Niyə kiminsə yüngül ağıllı övladının məsuliyyətsiz davranışına görə bütün millət haqqında mənfi fikir formalaşmalıdır? İstər ölkə daxilində olsun, istərsə də Azərbaycandan kənarda hər kəs davranışlarına diqqət etməlidir. Xüsusən də əgər başqa bir ölkədə yaşayırsa, fəaliyyət göstərirsə. Məqbul sayıla bilməz belə davranışlar. Bu, hər şeydən əvvəl yerli sakinlərdə Azərbaycan diasporu və azərbaycanlılar haqqında mənfi fikir formalaşdırır. Halbuki diasporun vəzifəsi təmsil etdiyi ölkə və xalq haqqında müsbət fikir formalaşdırmaq, ölkəmizi, xalqımızı ən gözəl şəkildə təmsil etməkdir.

A.Həsrət qeyd etdi ki, silahla havaya atəş açmaq, əldə silah “oynatmaq” həmişə vəhşilik kimi qiymətləndirilir:
- Diaspor təşkilatında yoxlamalara başlanması əlavə başağrısıdır, Azərbaycanın adının kriminal müstəvidə hallanması deməkdir. Bunun altını kim çəkəcək? Təbii ki, Rusiyadakı bütün azərbaycanlılar. Təkcə Rusiyadakılar da deyil, bundan bütün dünya azərbaycanlıları ziyan çəkəcək. Toydur, avtomobilləri Azərbaycan bayraqları ilə bəzəyib şütüyursünüz, lap yaxşı. Milli kimliyi ayaqda tutursunuz, bu da əla. Daha silahdan atəş açmaq nədir, kimə lazımdır bu yersiz hərəkət?! Belə davranışlar, pusquda duran düşməni sevindirir, çünki fürsəti fövtə verməyib Azərbaycan və azərbaycanlılar əleyhinə həmən istifadə edirlər. Hesab edirəm ki, digər təşkilatlar da bundan ciddi nəticə çıxarmalıdırlar. Bir fərdin davranışı bütün millətin ayağına yazıla bilir. Əks-təbliğat belə bir gücə sahibdir çünki. Erməni mediası geninə-boluna tirajlayır bu xəbəri. Bizə bu lazım deyildi. Hər addımda diqqətli olmaq çox vacibdir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya
Oğluna Ronaldo adını verdi
11:37 09.09.2026
Maraqlı
İrandan mesaj: Üçüncü Dünya müharibəsinin astanasındayıq
11:36 09.09.2026
Dünya
Qolunuz uyuşanda niyə yad bir orqan kimi hiss olunur?
11:10 09.09.2026
Sağlamlıq
İsraildən xaricə köç artır: Ölkəyə qayıdanların sayı 58 faiz azalıb
10:54 09.09.2026
Dünya