Hər kəs hiss edəcək: Yer kürəsində radiasiya qasırğası başlayıb
Yusif Nəzərli
07:23 01.02.2024
Hadisə
482
Günəş parlamasından sonra Yer kürəsində radiasiya qasırğası başlayıb.
Bu, planetimizdə radio rabitəsinə, subpolyar enliklərdə isə naviqasiyaya mənfi təsir edə bilər.
Qeyd edək ki, yanvarın 29-da güclü günəş partlayışı baş verib. Onun müddəti 61 dəqiqə olub.
Günəş partlamasından sonra Yer kürəsində radiasiya qasırğası başlayıb. Gücünün 9 ballıq şkala üzrə 7-8-ə qədər olacağı və yanvarın 31-i saat 16:00-a qədər davam edəcəyi gözlənilir.
Günəş Astronomiya Laboratoriyasının məlumatına görə, radiasiya qasırğası Yerin maqnitosferinə təsir edəcək.
Partlayış və tac kütləsinin irimiqyaslı atılması Yerlə üzbəüz olan Günəş ləkəsinin sağa doğru (şəkildə) irəliləməsindən sonra baş verib.
Ekoloq Andrey Frolov isə günəş alovlarının Yerin tarixinə təsirindən danışıb: “Kazan Federal Universitetinin Fizika İnstitutunun araşdırmasına görə, Günəş 2025-ci ildə növbəti aktivlik dövrünün zirvəsinə çatacaq və Yer kürəsini Günəş fırtınası vuracaq ki, bu da “İnternet apokalipsisi”nə səbəb ola bilər.
Bu fenomenin yaratdığı elektromaqnit impulsları elektrik şəbəkələri və elektronika üçün dağıdıcı nəticələrə səbəb olacaq ki, bu, bəşəriyyət üçün də təhlükəlidir. 2025-ci ilin fırtınası isə bütün dünyada kompüterlərin işində ciddi nasazlıqlara və elektrik enerjisinin kəsilməsinə səbəb ola bilər.
Astronom Nazim Həsənov “Sherg.az”a açıqlamasında baş verən hadisələrin elmi baxımdan qeyri-adi hal olmadığını deyib. Onun sözlərinə görə, günəşdə partlayış uzun illərdən bəri təkrarlanan təbiət hadisələrindən biridir.
"Günəşdə baş verən partlayışlar elm baxımından 5 səviyyədə ölçülür. Bunlar astronomiyada A, B, C, M və X kimi hesablanır. Hesablamalara görə, A zəif, X isə güclü partlayışdır.
Beynəlxalq alimlərin araşdırmasında isə indi baş verən hadisənin isə X partlayış növünə aid edilir. Qeyd olunub ki, Günəşdə yanvarın 29-da baş verən partlayış beş-altı gün əvvəl baş versəydi, planetimiz ən azı 1859-cu ildəki “Super Günəş fırtınası”nın analoqunu, ən çoxu isə heyvanlar aləminin bir hissəsinin yeni kütləvi məhvi və bəşər sivilizasiyaları tarixində ən güclü geomaqnit qasırğası ilə üzləşərdi.
Lakin partlayış və tac kütləsinin irimiqyaslı atılması bir həftədən artıqdır ki, Yerlə üzbəüz olan Günəş ləkəsinin sağa doğru (şəkildə) irəliləməsindən sonra baş verib.
Sadəcə, şüalanmanın əsas trayektoriyası Yerin yaxınlığından keçir deyə Yer kürəsində artıq radiasiya qasırğası başlayıb. Radiasiya gücü beşballıq şkala ilə S2 dəyərinə yüksəlib. Bu, bütün planetdə radio rabitəsində, qütbətrafı enliklərdə isə naviqasiyada əhəmiyyətli problemlərə səbəb olub.
Geomaqnit qasırğasının Yerə gəlişi dünəndən başlayıb və bu gün də davam edir.
Günəş partlamaları zamanı Yerdə maqnit qasırğasının yarandığını vurğulayan astronom günəşdəki maqnit aktivliyinə diqqət çəkib: “Bu da hər 11 ildən bir baş verir. Orada maqnit sahəsinin intensivliyi böyük olur. Sonradan yavaş-yavaş zəifləyir, maqnit ləkələrinin sayı azalır. Buna Günəşin maqnit tezliyi deyilir. Bu zaman Günəşdəki maqnit ləkələrin miqdarı, aktivlik, baş verən partlayışlar və mərkəzdən atılan qaynar plazmaların da miqdarı çox olur. Qamma mərkəzində şüalanmanın enerjisi də çoxalır. Bu da Yerə həm şüalanma şəklində təsir edir, həm də Yerdə maqnit qasırğaları əmələ gətirir. Biz də bunu hiss edirik”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya
Oğluna Ronaldo adını verdi
11:37 09.09.2026
Maraqlı
İrandan mesaj: Üçüncü Dünya müharibəsinin astanasındayıq
11:36 09.09.2026
Dünya
Qolunuz uyuşanda niyə yad bir orqan kimi hiss olunur?
11:10 09.09.2026
Sağlamlıq
İsraildən xaricə köç artır: Ölkəyə qayıdanların sayı 58 faiz azalıb
10:54 09.09.2026
Dünya