İsmayıllıda qadın sürücü avtomobili aşırdı: Nənə və nəvə xəsarət aldılar - VİDEO

İsmayıllı-Qəbələ yolunda avtomobil qəzası baş verib. 
Oxu.Az-ın məlumatına görə, yolun İsmayıllı rayonu Buynuz kəndindən keçən hissəsində qeydə alınan hadisə zamanı “Chevrolet” markalı, 90-OV-153 dövlət nömrə nişanlı avtomobilin sürücüsü idarəetməni itirib və nəqliyyat vasitəsini aşırıb. 
Qəza zamanı sürücü Gülarə Fuad qızı və avtomobildə sərnişin qismində əyləşmiş nənəsi, 1947-ci il təvəllüdlü Səyyarə Əliyeva xəsarət alıblar. Onlar dərhal Qəbələ Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. 
Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsində araşdırma aparılır