Masazırda 48 yaşlı kişi qətlə yetirilib, arvadı tutulub

Masazırda qətl hadisəsi baş verib.

APA-nın xəbərinə görə, bu gün Abşeron rayonunun Masazır qəsəbəsi ərazisində 1978-ci il təvəllüdlü Əlsəfa Rəhimovun kəsici-deşici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlə həmin cinayət əməlini törətməkdə şübhəli bilinən, arvadı 1983-cü il təvəllüdlü A. Əliyeva saxlanılaraq istintaqa təhvil verilib.

Araşdırma aparılır.