Maştağada piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verdi

Bakının Sabunçu rayonunda ölümlə nəticələnən yol qəzası olub.

Teleqraf-ın əldə etdiyi xəbərə görə, hadisə rayonun Maştağa qəsəbəsi ərazisində baş verib.

Məlumata görə, Tofiq Zeynalov “Ford Tranzit” markalı avtomobillə Maştağa-Buzovna yolu ilə Maştağa qəsəbəsi istiqamətində hərəkətdə olan zaman yolu soldan sağa keçmək istəyən piyada 1991-ci il təvəllüdlü Əsgərova Elnurə Həbulla qızını vurub.

Nəticədə sonuncu almış olduğu xəsarətlərdən hadisə yerində ölmüşdür.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanıb.

İstintaq aparılır.