Meşədə ayı ilə güləşdi: “Bir dişləmə ilə qolum qopdu”
11:54 20.10.2025
Hadisə
288
Yaponiyada təbiət yürüşü edərkən iki qara ayının hücumuna məruz qalan Yeni Zelandiyalı qaçışçı Billi Halloran, tək bir dişləmə ilə qolunun parçalanmasından sonra ölümün bir addımlığından dönüb.
Sherg.az xəbər verir ki, Yaponiyada mütəmadi olaraq təbiət yürüşləri və qaçışları edən, hətta bölgədə keçirilən çətin ultramarafon yarışlarında iştirak edən Halloran, iki həftə əvvəl bir ayının hücumuna m’ruz qal;b.
32 yaşlı idmançı oktyabrın əvvəlində qaçış zamanı iki Asiya qara ayısı ilə üz-üzə gəldiyini deyib. “O anda başımın bəlada olduğunu anladım,” - deyə Halloran bildirib. O, yavaşca geri çəkilməyə çalışdığını, lakin ayılardan birinin üstünə doğru irəlilədiyini söyləyib.
Halloran hadisəni belə təsvir edib:
“Təxminən 60 - 70 kilo civarındaydı. Üstümə atılacağını gördüm və həqiqətən də atıdı. Üzümü qorumaq üçün qolumu qaldırdım, bir anda qolumu dişləri ilə tutdu və yerə yıxıldım. Tək dişləmədə qolum paramparça oldu.”
Ayı daha sonra onun ayağını da pəncələyib, lakin bir müddət sonra meşəyə geri çəkilib. Halloran qan içində həyat yoldaşını axtarıb və kömək istəyə-istəyə təxminən bir kilometr qaçıb.
Xəstəxanada müalicə altına alınan Halloranın qoluna metal lövhələr yerləşdirilib, bud sümüyündən götürülən greftlə dişlənən hissə bərpa olunub.
Üç əməliyyat keçirən idmançı hələ də reabilitasiya mərhələsindədir.
“Artıq əvvəlki kimi olmayacaq, amma qaçmağa davam etmək istəyirəm,” - deyə Halloran bildirib. O, ən böyük sınağının fiziki deyil, psixoloji olduğunu söyləyib.
Yaponiyada bu il ayı hücumları nəticəsində 100-dən çox insan yaralanıb, azı 7 nəfər həyatını itirib.
Bəzi hallarda ayıların marketlərə girdiyi, uşaq bağçalarının önündə dolaşdığı qeyd olunur.
Mütəxəssislərə görə, iqlim dəyişikliyi ayıların ənənəvi qida mənbələrinin azalmasına səbəb olur. Bu isə onları şəhər və yaşayış məntəqələrinə doğru itələyir.
Artan təhlükə səbəbindən Yaponiya hökuməti ayı populyasiyasını nəzarət altına almaq üçün daha sərt tədbirlər görüləcəyini açıqlayıb.
Bölgə sakinləri adətən özləri ilə zəng, yüksək səslə musiqi cihazı və ya ayı spreyi daşıyırlar. Halloran da növbəti dəfə qaçışa çıxarkən ayı spreyi götürməyi düşündüyünü deyib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Çexiyanın Vltava və Elba çaylarında suyun səviyyəsi kəskin enib
03:59 08.10.2026
Ekologiya
Həmzət ona 1 milyon təklif etdi: Yeri de, döyüşək!
03:23 08.10.2026
İdman
Ağ Ev Pentaqona İrana zərbələrlə bağlı tapşırıq verdi
02:46 08.10.2026
Son dəqiqə
Tramp FTB-ni həyat yoldaşı və oğlunu izləməkdə ittiham edib
01:21 08.10.2026
Aktual
Qətər sahillərində tankerə zərbə endirildi
00:59 08.10.2026
Gündəm
KİV: İran və ABŞ arasında vasitəçilik səyləri dalana dirənib
00:20 08.10.2026
Aktual
Əgər mənə Nobel mükafatını verməsələr... - Tramp
22:39 07.10.2026
Dünya
Şirvanda 18 yaşlı gənc bıçaqlanıb
22:02 07.10.2026
Hadisə
Sabunçuda hərəkət qismən məhdudlaşdırılacaq
21:37 07.10.2026
Cəmiyyət
Litva Kalininqrad sərhədinə ordu yerləşdirmək istəyir
21:20 07.10.2026
Dünya
Lerikdə iki yol qəzası olub, xəsarət alanlar var
20:40 07.10.2026
Hadisə
Azərbaycanda bu məhsullar oyuncaq sayılmayacaq - Rəsmi
20:31 07.10.2026
Sosial
Prezident Messidən danışdı: İnanılmazdır!
20:23 07.10.2026
Futbol
Zelim Tçkayev: Rəqibim güclü idi, heç bir bəhanə yoxdur
20:12 07.10.2026
İdman
Rusiya Çerniqova hücum etdi: 18 ölü, 55 yaralı
20:04 07.10.2026
Gündəm