Avqustun 28-də ölkə ərazisində qeydə alınan 57, əvvəlki dövrlərdən bağlı qalan 10 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Bu barədə Sherg.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 135, o cümlədən borclu şəxs qismində axtarışda olan 109 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Bundan başqa narkotiklərlə əlaqəli 20, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 6 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 48 nəfər saxlanılıb.