Prezidentin helikopteri bataqlığa düşdü - FOTO
11:05 23.10.2025
Hadisə
416
Helikopteri əlləri ilə çıxardılar
Hindistan Prezidenti Droupadi Murmunun Kerala ştatına rəsmi səfəri zamanı az qala faciə baş versin. Yeni betonlanmış eniş zolağının bir hissəsi helikopterin enişindən dərhal sonra çöküb.
Sherg.az xəbər verir ki, Droupadi Murmunu daşıyan helikopter Kerala ştatının Pathanamthitta bölgəsində yerləşən Pramadam stadionunda enərkən, zolağın bir hissəsi birdən çöküb. Hadisə, Prezidentin Sabarimala məbədini ziyarət etdiyi vaxt baş verib. PTI xəbər agentliyinin məlumatına görə, helikopterin təkərləri tam bərkiməmiş betona təzyiq göstərib və zolaq torpağa doğru batıb.
Polis və yanğınsöndürənlər hadisə yerinə cəlb olunaraq helikopteri əlləri ilə itələyib çökmüş sahədən çıxarıblar. Rəsmi şəxslər bildiriblər ki, eniş zolağı gecə saatlarında tələsik şəkildə inşa olunub və beton bərkimədən istifadəyə verilib.
Rayon polis rəisinin sözlərinə görə, Prezidentin helikopteri əvvəlcə Rajiv Qandi Qapalı İdman Zalına enməli idi, lakin plan son anda dəyişdirilib və zolaq bir gecəyə hazırlanıb.
Murmunun helikopteri əslində Pamba yaxınlığındakı Nilackal bölgəsinə enməli idi, lakin pis hava şəraiti səbəbindən istiqamət Pramadama yönləndirilib.
Tam oturmamış beton helikopterin təzyiqinə dözməyib və təkərlərin toxunduğu hissələrdə çuxurlar əmələ gəlib.
Prezident Murmu hadisədən sonra quru yol ilə Pambaya yola düşüb. Helikopter isə xidmət əməkdaşları tərəfindən əllə çıxarılıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ağ Ev Pentaqona İrana zərbələrlə bağlı tapşırıq verdi
02:46 08.10.2026
Son dəqiqə
Tramp FTB-ni həyat yoldaşı və oğlunu izləməkdə ittiham edib
01:21 08.10.2026
Aktual
Qətər sahillərində tankerə zərbə endirildi
00:59 08.10.2026
Gündəm
KİV: İran və ABŞ arasında vasitəçilik səyləri dalana dirənib
00:20 08.10.2026
Aktual
Əgər mənə Nobel mükafatını verməsələr... - Tramp
22:39 07.10.2026
Dünya
Şirvanda 18 yaşlı gənc bıçaqlanıb
22:02 07.10.2026
Hadisə
Sabunçuda hərəkət qismən məhdudlaşdırılacaq
21:37 07.10.2026
Cəmiyyət
Litva Kalininqrad sərhədinə ordu yerləşdirmək istəyir
21:20 07.10.2026
Dünya
Lerikdə iki yol qəzası olub, xəsarət alanlar var
20:40 07.10.2026
Hadisə
Azərbaycanda bu məhsullar oyuncaq sayılmayacaq - Rəsmi
20:31 07.10.2026
Sosial
Prezident Messidən danışdı: İnanılmazdır!
20:23 07.10.2026
Futbol
Zelim Tçkayev: Rəqibim güclü idi, heç bir bəhanə yoxdur
20:12 07.10.2026
İdman
Rusiya Çerniqova hücum etdi: 18 ölü, 55 yaralı
20:04 07.10.2026
Gündəm
Ukrayna beş fərqli atəşkəs formatı üzərində işləyir
19:40 07.10.2026
Dünya
Messidən sonra Argentina millisində 10 nömrə üçün 3 namizəd
19:33 07.10.2026
Futbol