
Professor: Onlar terrorçudur və ikisi də axtarışdadır
Professor: Onlar terrorçudur və ikisi də axtarışdadır
Yusif Sultanoğlu
03:28 11.06.2024
Hadisə
340
Koçaryan və Serj Sarkisyan həbs olunub Azərbaycana təhvil verilə bilər
Ermənistanda davam edən aksiyalar fonunda "Qarabağ klanı"nın qaniçənləri, terrorçu Robert Koçaryan və Serj Sarkisyanla bağlı da iddialar gündəmə gəlməkdədir. Keçmiş səfir və erməni diplomat Edqar Qazaryan iddia edib ki, Ermənistanda növbədənkənar seçki elan edilərsə, Nikol Paşinyan Robert Koçaryanı və Serj Sarkisyanı həbs edəcək, hətta onları Azərbaycana təhvil verə bilər. Qazaryan bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev Ermənistanın Xocalıya görə üzr istəməsini gündəmə gətirib: “Əliyev Koçaryanı və Sarkisyanı dəfələrlə Xocalı qatili adlandırıb. Koçaryan və Sarkisyan birinci Qarabağ müharibəsində aktiv şəkildə iştirak ediblər. Bu şəxslərin cəzalandırılması Əliyevin gündəmindədir. Aydın görünür ki, Xocalıda baş verənlər müharibə cinayəti elan ediləcək və Azərbaycan günahkarları tələb edəcək. Paşinyan da böyük məmnuniyyətlə onları həbs edib Əliyevə təhvil verəcək”. Erməni diplomat hesab edir ki, müxalifət növbədənkənar və ya xüsusi seçkilər elan edəndə həbslər başlayacaq. Həbs olunanlar arasında Koçaryan və Sarkisyan da olacaq.
Siyasi elmlər doktoru, professor Cümşüd Nuriyev "Sherg.az"a açıqlamasında bildirib ki, Azərbaycan Prezidenti bu məsələylə bağlı dəfələrlə öz mövqeyini açıq şəkildə bildirib. Professor vurğulayıb ki, uzun illər ərzində Azərbaycana qarşı törədilən bütün cinayətlərdə məhz Robert Koçaryanın, Serj Sarkisyanın əli var:

"Xocalı soyqırımının törədilməsində, torpaqlarımızın işğal edilməsində, insanlarımızın əsir götürülməsində, işgəncələrə məruz qalmasında bu iki şəxsin rolu böyükdür. Rusiyanın əliylə hakimiyyətə gəlmək üçün bir çox cinayətlərə əl atıblar. Onların hakimiyyətdə olduğu 1998-2018-ci illər ərzində də Azərbaycanla sülh istiqamətində heç bir addım atılmayıb. Bütün hallarda Azərbaycanla danışıqları pozublar. Hər zaman fitnəkarlıqla, həyasızlıqla, özlərinə xas xüsusiyyətlərlə önə çıxıblar. Paşinyan da onları çox yaxşı tanıyır. Ermənistanın başına gələn bütün bəlaların, müharibə və itkilərin səbəbkarı Qarabağ ermənilərinin cinayətləridir. Baş nazir çox gözəl bilir ki, Koçaryan-Sarkisyan cütlüyünü zərərsizləşdirməsə, həm onun, həm də dövlətin başına böyük bəlalar gələcək. Ermənistan Qarabağdakı məğlubiyyətin bənzərini İrəvanda da ala bilər".
C.Nuriyevin fikrincə, Rusiyanın müəyyən qüvvələrinin imperiya iştahı erməni terrorçuların yenidən hakimiyyətə gəlməsində maraqlıdır:
"Anlamırlar ki, Azərbaycanın zirehi çox qalındır və onu dəlmək, deşmək mümkünsüzdür. Bizə diş keçirə bilməzlər. Paşinyan "Qarabağ klanı"nı gündəmə gətirməklə, Koçaryanın, Sarkisyanın adını çəkməklə daha çox Rusiyaya mesaj ötürür. Bu adamlar terrorçudur və ikisi də axtarışdadır. Ancaq əfsuslar ki, hər ikisi Rusiyada sərbəst gəzib-dolaşırlar. Halbuki Moskva-Bakı arasında cinayətkarların təhvil verilməsi barədə anlaşma var. Rusiyanın onları həbs etməməsi Azərbaycanla nə qədər səmimi olub-olmadığını ortaya qoyur".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Beyons məhkəməyə verildi
07:17 12.08.2026
Şou
0 şəkər, 0 kalori: Yaponlar onu hər gün içirlər
06:42 12.08.2026
Sağlamlıq
Messidən gözlənilməz qərar
06:06 12.08.2026
Futbol
Bruklin Bekhem xanımı ilə
04:14 12.08.2026
Şou
Arıqlamaq istəyənlərin nəzərinə
03:33 12.08.2026
Sağlamlıq
Rumıniya Qara dənizdə iki PUA-nı vurdu
02:54 12.08.2026
Dünya
Kriştianu Ronaldu və Corcina Rodriqes evləndilər
02:22 12.08.2026
İdman
Azərbaycan, ABŞ və Ermənistan rəsmiləri Vaşinqtonda görüşüb
01:01 12.08.2026
Siyasət
Gəncədə evdən yeniyetmə qızın meyiti tapılıb
00:17 12.08.2026
Hadisə
"Sabah" Avropa Liqasının əsas mərhələsini təmin etdi
23:56 11.08.2026
Futbol
İlham Əliyev Naxçıvanda Azərbaycan Televiziyasına müsahibə verib
22:47 11.08.2026
Rəsmi
Prezident Naxçıvan şəhərinin Baş Planı ilə tanış olub
22:30 11.08.2026
Rəsmi
Mahmud Abbas Ankarada: Ərdoğanla görüşəcək
22:21 11.08.2026
Dünya
"Naxçıvan" Mehmanxana Kompleksinin təməli qoyuldu
22:13 11.08.2026
Rəsmi
Prezident Döyüş bayraqlarının verilməsi mərasimində
22:06 11.08.2026
Rəsmi