"Qadın onu döyən ərin evində qalmağa məcbur olur" - Sonu da qətl
Banuçiçək Kalbalıyeva
11:51 07.08.2021
Hadisə
570
“Hərə öz mövqeyindən çıxış edib, bir səbəb gətirəcək; mentalitet, fiziki güc, patriarxat, namus və s. Doğrudur, hadisələr bir səbəbdən baş vermir, bir hadisəni formalaşdıran müxtəlif səbəblər olur”.
Bu sözləri son vaxtlar kütləviləşən qadın cinayətləri barədə “Sherg.az”a danışan sosioloq Sahib Altay dedi.
S.Altayın fikrincə, bu, daha çox maddi problemlərlə əlaqədardır: “Mən "qadına baxış tərzi" kimi önəmli səbəbi gözardı etmirəm. Ümumilikdə bütün məsələlərin kökündə müxtəlif səbəblər var və bu, sosial, psixoloji, mənəvi, iqtisadi, siyasi amillər bir-birilə zəncirvari bağlıdır. Sosial diskriminasiya da dünya üzrə köklü problemlərdəndir. Bu problemin ayrı-ayrı toplumlarda psixoloji gərginlik yaradıb, kütləvi cinayətkarlıq səviyyəsinə qədər yüksəlməsi isə artıq problemin zirvəsi hesab edilir. Ancaq bu məsələnin kökündə dayanan əsas səbəb iqtisadi faktordur.
Azərbaycanlı ailəsində övlad valideyndən, qadın kişidən asılıdır. Hamının bir-birindən asılı olduğu mühitdə kölə təfəkkürünün hökm sürməsi labüddür. Bu gün ölkədəki maddi durum və işləmək şansı təkcə qadınlar üçün imkansız deyil. Cinsiyyət fərqi olmadan qadınlı-kişili hər kəs üçün belədir. Əksinə, qadınların işləmək şansı daha çoxdur. Fəqət, ölkədə insan əməyi o qədər dəyərsiz, iş sahələri o qədər məhduddur ki, bu durum böyük cinayətlərin yaranmasına səbəb olur, üstəlik, asılılığı çoxaldır”.
Sosioloq, həmçinin iqtisadi faktorların bəzən qadınları asılı hala saldığını nəzərə çatdırdı:
“Adətən problemləri boşanmaların fonunda araşdırırlar. Lakin ölkə üzrə statistika aparsaq, hazırda məcburiyyətdən bir evin içərisində yaşayan o qədər adam, o qədər ailə var ki… Münaqişələrin ən pik həddində belə çox vaxt qadınlar boşana bilmir. Niyə? Maddi səbəbdən. Boşanıb, hara getsin? Bəzi vaxtlarda ata evi qəbul etmir. Qəbul edəndə də maddi sıxıntılar. Ata, qardaş birtəhər başını dolandırır, üzərinə bir də boşanmış qız və onun övladları gələndə alınan məvacib, pensiya tələbatları ödəmir. Və qadın bunları düşünür, bir çıxış yolu tapa bilmir, məcburiyyətdən, onu döyən, söyən ərin evində qalmağa məcbur olur, sonu da qətl, cinayət, faciəylə nəticələnir...”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Enzo Fernandes "Mançester Siti"də debüt etdi
19:04 05.09.2026
Futbol
Lavrov: Ukraynadakı rusdilli vətəndaşlar üçün hər şeyi edirik
18:46 05.09.2026
Dünya
Çempionlar liqasından sükuta: “Qarabağ” niyə büdrədi?
18:26 05.09.2026
Futbol
Bakıda narkotikin təsiri altında maşın sürən şəxs həbs edilib
18:04 05.09.2026
Hadisə
Çin liderinin Məsud Pezeşkiana soyuq münasibətinin səbəbi
18:02 05.09.2026
Dünya
İranda dollar kəskin bahalaşdı
17:58 05.09.2026
Region
Yunanıstanda qırıcı təyyarə qəzaya uğrayıb
17:51 05.09.2026
Hadisə
İrandan qisas mesajı: Xameneinin qanı yerdə qalmayacaq
17:34 05.09.2026
Region
Putin Kiyevə zərbə endirməmək barədə göstəriş verib
17:17 05.09.2026
Gündəm
Fransanın Ermənistandakı səfiri dəyişib
16:18 05.09.2026
Dünya
Fransanın Ermənistandakı səfiri dəyişib
15:46 05.09.2026
Siyasət
Əməkdar incəsənət xadimi Amin Novruzov vəfat edib
15:46 05.09.2026
Mədəniyyət
Türkiyə Yunanıstana etiraz notası göndərib
15:15 05.09.2026
Dünya
70 ildir bığlarını uzadır: “Baxım sirrimi rəqiblərimə demərəm”
14:44 05.09.2026
Maraqlı
Paşinyan: Baş nazir olduğum günə lənət olsun
14:03 05.09.2026
Cənubi Qafqaz