Qaxda əməliyyat: Qonşular saxlanıldı
Yusif Nəzərli
05:42 02.02.2024
Hadisə
438
Qax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin satışı ilə məşğul olan şəxslərə qarşı əməliyyatlar həyata keçirilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, keçirilmiş əməliyyat zamanı rayon sakinləri - əvvəllər də xuliqanlıq və digər cinayətlərə görə məhkum olunmuş Mübariz Mustafazadə və onun qonşusu Firuz Yusifov saxlanılıb.
Hər iki şəxsin üzərinə və yaşadıqları ünvanlara baxış keçirilən zaman ümumi çəkisi 4 kiloqram 230 qrama yaxın qurudulmuş marixuana, eləcə də çətənə bitkisinin toxumları aşkar edilib. Araşdırma zamanı saxlanılan şəxslərin həmin narkotik vasitələri ötən ilin yaz aylarında meşəlik ərazidə becərdikləri çətənə bitkilərindən satış və şəxsi istifadələri üçün əldə etdikləri məlum olub. Həmin əraziyə baxış keçirilərkən isə çəkisi 14 kiloqram olan 65 ədəd çətənə bitkisinin qalıqları aşkarlanaraq maddi sübut kimi götürülüb. Onlar ifadələrində narkotiklərin satışı ilə məşğul olduqlarını etiraf ediblər.
Davam etdirilən tədbirlərlə Firuz Yusifovun narkotik vasitəni satdığı rayon sakini, əvvəllər də analoji əmələ görə məhkum edilmiş Kərim Abdullayev saxlanılıb. Polis əməkdaşları tərəfindən onun idarə etdiyi avtomobilə baxış keçirilərkən F.Yusifovdan aldığı qurudulmuş marixuana aşkarlanıb.
Faktlarla bağlı cinayət işləri başlanıb, istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya
Oğluna Ronaldo adını verdi
11:37 09.09.2026
Maraqlı
İrandan mesaj: Üçüncü Dünya müharibəsinin astanasındayıq
11:36 09.09.2026
Dünya
Qolunuz uyuşanda niyə yad bir orqan kimi hiss olunur?
11:10 09.09.2026
Sağlamlıq
İsraildən xaricə köç artır: Ölkəyə qayıdanların sayı 58 faiz azalıb
10:54 09.09.2026
Dünya