Rusiya Ukraynada kömür emalı zavodunu vurdu

Rusiya Ukraynada "DTEK Energy" şirkətinə məxsus kömür emalı zavoduna hücum edib.

Axar.az xəbər verir ki, bu barədə şirkətdən məlumat verilib.

Məlumata görə, zavod binasının bir hissəsi dağılıb, texnoloji avadanlıqlar sıradan çıxıb.

Qeyd olunur ki, hazırda zavodun fəaliyyəti tamamilə iflic vəziyyətdədir.