İstanbulun Kağıthane rayonunda 23 yaşlı gənc, saç düzümünü bəyənmədiyi üçün 10 gün sonra bərbər Erhan Zenginə bıçaqla hücum edib.
Sherg.az xəbər verir ki, ayağından yaralanan bərbər xəstəxanaya yerləşdirilib. Psixoloji problemlərinin olduğu bildirilən hücumçu saxlanılaraq “qəsdən sağlamlığa zərər vurma” maddəsi ilə həbs edilib.