Samuxda həmyerlisini bıçaqlayan şəxs saxlanılıb - YENİLƏNİB


Samuxda həmyerlisini bıçaqlayan şəxs tutulub.
APA-nın yerli bürosunun məlumatına görə, hadisəni törətməkdə şübhəli bilinən şəxs rayonun Hacıalılı kənd sakini, 1992-ci il təvəllüdlü Allahverdi Yusibovdur.

O, Samux RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış nəticəsində saxlanılaraq istintaqa təhvil verilib.
***

03:18

Samuxda bıçaqlanma hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Çobanabdalı kəndində qeydə alınıb.

Samux rayonunun Lək kənd sakini 1972-ci il təvəllüdlü Qəmbərov Elçin Qədimalı oğlu qarının kəsilmiş-deşilmiş bıçaq yarası ilə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Xəstə dərhal əməliyyat götürülüb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

İlkin məlumata görə, yaralı söyüş söydüyünə görə bıçaqlanıb.
Faktla bağlı araşdırma aparılır.