Samux rayonunda kanalda batan 2014-cü təvəllüdlü Mirmusa Musayevin meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
***
17:37
Samux rayonunda 2014-cü təvəllüdlü Mirmusa Musayev su kanalında batıb.
Teleqraf-ın Qərb bürosunun xəbərinə görə, hadisə Şəmkir Su Kanalının Samux rayonunun Qarabağlar kəndindən keçən hissəsində baş verib.
Hadisə yerinə Fövqaladə Hallar Nazirliyinin (FHN) xilasediciləri cəlb olunub.
Axtarışlar davam edir.