“Sədərək” ticarət mərkəzindəki yanğında polis əməkdaşı tüstüdən zəhərlənib


“Sədərək” ticarət mərkəzində yanğın zamanı təhlükəsizlik tədbirlərinə cəlb olunan bir polis əməkdaşı tüstüdən zəhərlənib.

DİN-dən Sherg.az-a  bildirilib ki, polis əməkdaşı zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Onun müalicəsi davam etdirilir.