Şəhid Hacıəli Qasımov dəfn olunub - YENİLƏNİB
Yusif Nəzərli
12:45 28.01.2024
Hadisə
444
Ötən il ordumuz tərəfindən aparılan antiterror tədbirləri zamanı ağır yaralanan və uzun müddət koma vəziyyətinə düşərək şəhidlik zirvəsinə ucalan Hacıəli Qasımov dəfn olunub.
"Report"un Qərb bürosunun məlumatına görə, mərasimdə şəhidin yaxınları, hərbçilər, hüquq-mühafizə orqanlarının əməkdaşları, sakinlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, sentyabrın 19-da Azərbaycan Silahlı Qüvvələri tərəfindən həyata keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı ağır yaralanan və uzun müddət serebral koma diaqnozu ilə hərbi tibb müəssisəsində müalicə alan müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçumuz Qasımov Hacıəli Tahir oğlu həkimlərimizin səylərinə baxmayaraq şəhid olub.
Allah rəhmət eləsin!
13:01
Ötən ilin sentyabrın 19-da Azərbaycan Silahlı Qüvvələri tərəfindən həyata keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı ağır yaralanan, uzun müddət serebral koma diaqnozu ilə hərbi tibb müəssisəsində müalicə alsa da, həkimlərin səylərinə baxmayaraq şəhid olan müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçumuz Qasımov Hacıəli Tahir oğlu ilə Tovuz rayonu, Qaraxanlı kəndində vida mərasimi keçirilir.
"Report"un Qərb bürosunun məlumatına görə, onun nəşi doğulub boya-başa çatdığı Qaraxanlı kəndinə gətirilir.
Mərasimdə şəhidin ailə üzvləri ilə yanaşı, hərbçilər, hüquq-mühafizə orqanlarının əməkdaşları, Tovuz rayon ictimaiyyəti nümayəndələri və sakinlər iştirak edirlər.
Şəhidimiz vida mərasimindən sonra Qaraxanlı kənd qəbirstanlığında dəfn olunacaq.
Qeyd edək ki, onlar ailədə 4 övlad olublar. Onun əkiz qardaşı və 2 bacısı var. H.Qasımov hərbi xidmətə qardaşı ilə birlikdə, 18 yaşında gedib. Həqiqi hərbi xidmət müddəti başa çatdıqdan sonra xidmətini müddətdən artıq hərbi xidmət qulluqçusu kimi davam etdirib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiya Almaniyaya xəbərdarlıq etdi
16:03 09.09.2026
Dünya
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
16:01 09.09.2026
Dünya
Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib
15:50 09.09.2026
Dünya
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya