Sinaqoqda terrora hazırlaşan İŞİD-çiyə hökm oxunub
15:39 27.10.2025
Hadisə
361
Azərbaycanda terrorçuluq etməyə cəhddə təqsirləndirilən Abdulla Əliyevin barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
"Report" xəbər verir ki, oktyabrın 27-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aygün Qurbanovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkili müdafiə etdiyi şəxsə bəraət verilməsini məhkəmədən xahiş edib.
Təqsirləndirilən Abdulla Əliyev son sözündə əməlindən peşman olduğunu söyləyib.
Vəkilin vəsatət təmin olunmayıb və hökm oxunub.
Hökmə əsasən, Abdulla Əliyev 13 il müddətinə azadlıqdan məhrum edilib. O, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.
Qeyd edək ki, Abdulla Əliyev Cinayət Məcəlləsinin 28, 214.2.1 (terrorçuluq, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə), 28, 214.2.3 (terrorçuluq, odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə törədildikdə), 28, 214.2.6 (terrorçuluq, dini düşmənçilik, dini radikalizm və ya dini fanatizm zəminində törədildikdə), 218.2-ci (cinayətkar birlikdə (təşkilatda), habelə mütəşəkkil dəstələrin təşkilatçılarının, rəhbərlərinin və ya sair nümayəndələrinin birliyində iştirak etmə) maddələri ilə təqsirləndirilir.
Məlumata görə, o, yəhudi sinaqoquna "Molotov kokteyli" ilə hücum planlaşdırdığı zaman DTX-nin peşəkarlığı sayəsində cinayət başında saxlanılıb.
Azərbaycanın Sumqayıt şəhərində yaşayan və "İŞİD Xorasan" terror təşkilatına bağlılığı olan 18 yaşlı Abdulla Əliyev Bakı şəhərinin mərkəzində yerləşən "Bakı Dağ Yəhudiləri Sinaqoqu"na qarşı genişmiqyaslı terror aktı həyata keçirməyə hazırlaşıb.
Abdulla Əliyevin "Abu Radd" ləqəbli terror liderinə beyət edərək terrorçu fəaliyyətlərə başladığı bildirilib. Belə ki, 28 dekabr 2024-cü il tarixində Abdulla Əliyev "KİA" markalı avtomobili ilə Bakı şəhəri, Nəsimi rayonu, Əlimərdan bəy Topçubaşov küçəsində yerləşən yəhudi sinaqoquna yaxınlaşıb. O, avtomobilindən çıxardığı 3 ədəd "Molotov kokteyli" və digər silahlarla içəriyə daxil olmağa cəhd edib. Amma DTX əməkdaşları onu bu əməli gerçəkləşdirə bilmədən dayandırıblar.
Əməliyyat zamanı Abdulla Əliyevin üzərindən və avtomobilindən 1 ədəd balta, 2 bıçaq və yandırıcı-partlayıcı vasitələr aşkar edilərək götürülüb.
Onun mobil telefonunda "SimpleX" ani mesajlaşma tətbiqi vasitəsilə yaratdığı "KHALIFATUL MUSLİMUN" adlı qrup aşkarlanıb. Təqsirləndirilən şəxsin "İŞİD Xorasan"ın liderlərindən biri ilə təmasda olduğu və təlimat aldığı da müəyyən edilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: Avropada qazın qiyməti son üç ilin maksimumuna çatıb
23:30 08.09.2026
İqtisadiyyat
Ukraynaya xoş xəbər - Leyen bəyan etdi
23:10 08.09.2026
Gündəm
Peru ABŞ-ın təsis etdiyi “Amerika Qalxanı” alyansına qoşulub
22:47 08.09.2026
Dünya
Antalyada meşə yanğınları evlərə çatdı - 151 nəfər təxliyə edildi
22:24 08.09.2026
Hadisə
Gəncə prospektində elektrik transformatoru yanıb
22:22 08.09.2026
Hadisə
Rumıniyada təhlükə: F-18-lər havaya qaldırıldı
21:21 08.09.2026
Son dəqiqə
İlin ən yaxşı futbolçusu adına namizədlər bəlli oldu
21:10 08.09.2026
Futbol
Rusiya və Ukrayna arasında enerji atəşkəsi əldə oluna bilər
20:58 08.09.2026
Aktual
Ukrayna XİN: Bu ay Trampla Zelenski arasında görüş gözlənilir
20:21 08.09.2026
Dünya
Balaxanıda yanğın baş verib - VİDEO
20:07 08.09.2026
Hadisə
ABŞ Rusiya-Ukrayna müharibəsində ikibaşlı oyun qurub - TƏHLİL
20:00 08.09.2026
Gündəm
Şəkidə istirahət mərkəzində qurğunun trosu qırılıb, 2 nəfər ölüb
19:27 08.09.2026
Hadisə
Suraxanıda 14 kq narkotik aşkarlanıb
19:14 08.09.2026
Hadisə
Kəlbəcərdə ilk əmək yarmarkası keçirildi
19:00 08.09.2026
Cəmiyyət