ŞOK OLAY: Süni intellektlə “dirildi”, onu öldürən şəxsi bağışladı

ABŞ-nin Arizona ştatında 2021-ci ildə yol mübahisəsi zamanı öldürülən Kristofer Pelkinin ailəsi mərhumun süni intellekt vasitəsilə hazırlanmış videosunu məhkəmədə nümayiş etdirib.

Sherg.az xəbər verir ki, videoda Pelkinin adından onu öldürən Qabriel Pol Horkasitası bağışladığı bildirilib. Lakin Arizona Apellyasiya Məhkəməsi süni intellektlə hazırlanmış videonun məhkəmədə nümayişini yolverilməz hesab edib.

Qərara əsasən, Horkasitasın yenidən mühakimə olunması tələb edilib. O, Pelkini güllələyərək öldürdüyünə görə daha əvvəl 10 il müddətinə azadlıqdan məhrum edilmişdi.

Məhkəmə süni intellekt videosunun real hadisəni əks etdirmədiyini, mərhumun bacısının təsəvvürü əsasında yaradıldığını bildirib. Hadisə hüquqi proseslərdə süni intellektdən istifadənin yaratdığı yeni sualları da gündəmə gətirib.