Taksi sürücülərini soyan şəxs saxlanılıb
Yusif Nəzərli
07:52 28.01.2024
Hadisə
327
Taksi sürücülərinə qarşı soyğunçuluq edən şəxs saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan ş verilən məlumata görə, Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində iki taksi sürücüsünə qarşı soyğunçuluq etməkdə şübhəli bilinən Salyan rayon sakini Elvin Vəliyev saxlanılıb.
Dindirilmə zamanı sonuncu törətdiyi əməlləri etiraf edib.
Araşdırmalar zamanı məlum olub ki, E.Vəliyev sərnişin qismində əyləşdiyi taksilərdə sürücülərdən tanışına zəng etmək adı ilə mobil telefonlar istəyib. Zərərçəkmişlərin telefonlarını aldıqdan sonra isə adıçəkilən şəxs avtomobillərdən düşüb və qaçaraq uzaqlaşıb.
Faktla bağlı Şirvan ŞPŞ-nin İstintaq Bölməsində cinayət işi, saxlanılan şəxs barəsində şəhər məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Polis əməkdaşları E.Vəliyevin digər analoji cinayətlərdə iştirakını da istisna etmir. Əgər onun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili İşlər Nazirliyinin “102” xidmətinə, həmçinin Şirvan ŞPŞ-yə məlumat vermələri xahiş olunur.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə
Rusiya Almaniyaya xəbərdarlıq etdi
16:03 09.09.2026
Dünya
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
16:01 09.09.2026
Dünya
Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib
15:50 09.09.2026
Dünya
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya