
Tatuajlı qatilə əfv kampaniyası: 4 min məktub yazıldı
09:21 19.07.2024
Hadisə
465
Floridada eyni gündə bir neçə saat fərqlə iki qadını öldürən "Dedpul qatili" ləqəbli Vade Uilson cəzasını gözləyərkən bir qrup qadın qatil üçün əfv kampaniyasına başlayıb. Uilsonun həyatını xilas etmək istəyən qadınlar hakimə təxminən 4 min məktub göndəriblər.
Sherg.az xəbər verir ki, ABŞ-nin Floridada ştatında yaşayan 30 yaşlı Uilson ötən ay 35 yaşlı Kristine Melton və 43 yaşlı Diane Ruizi öldürməkdə təqsirli bilinib.
Marvel personajı ilə eyni adı paylaşdığı üçün "Deadpool Killer" ləqəbini alan Uilson 2019-cu ildə də eyni gecədə iki qadını vəhşicəsinə qətlə yetirib.
Keçən ay Florida ştatının Li dairəsində məhkəmə heyəti Uilsonu hər iki qətldə təqsirli bilib və beş ildir həbsdə olan qatilin ölüm cəzasının lehinə səs verib.
Ölüm hökmü üçün səsvermənin ardınca əsasən qadınlardan ibarət Uilson üçün əfv kampaniyası başladılıb.

Uilsonu ölüm cəzasından xilas etmək üçün qadınlar qatilin psixi sağlamlıq problemləri, narkotik maddə istifadəsi və valideyn dəstəyinin olmaması kimi iddiaları əsas gətirərək hakimə məktublar göndəriblər.
Kanadanın Alberta əyalətində yaşayan iki oğlan anası Lindsay Brann məhkəməyə yazdığı məktubunda deyir: “Cənab Uilsonun narkotik istifadəsi nəticəsində ciddi şəkildə pisləşən psixi sağlamlıq problemlərinin olduğu aydın şəkildə görünür.
Həmçinin qeyd etmək istərdim ki, həbsdə olduğu və dərman qəbul etdiyi vaxtdan bəri onun üz quruluşu dəyişib, daha sağlamdır və bir çox psixi sağlamlıq problemlərinə nəzarət etmək üçün dərman qəbul edir".
Marion Vorth adlı qadın isə Uilsonun həyatının xilas edilməsini müdafiə edib və oğlunun 2023-cü ilin avqustunda öldürüldüyünü söyləyib.
“Hətta belə bir ciddi işdə mən ən ədalətli və humanist həll yolu kimi ölüm hökmündən çox ömürlük həbsi müdafiə edirəm”.
Floridadan olan başqa bir qadın, "Mən törədilən cinayətin ciddiliyini başa düşürəm, amma inanıram ki, ömürlük həbs Uilsona həbsxanada düşünmək, tövbə etmək imkanı verəcək".
Lee County Şerif ofisinin məlumatına görə, Uilson sevgi məktubları da alır.
Qatilin onlayn olaraq təxminən 4 min mesaj, o cümlədən 754 fotoşəkil və ümumilikdə 65 məktub aldığı bildirilir. Şerif ofisi "uyğunsuz olduğu" üçün 163 fotoşəkili rədd etdiklərini söyləyib.
Müttəhimin edam cəzasına və ya şərti azadlığa buraxılmadan ömürlük həbs cəzasına məhkum edilib-edilməyəcəyi ilə bağlı son sözü County Dairə Məhkəməsinin hakimi Nicholas R Thompson deyəcək.
Uilsonun hökmü ilə bağlı dinləmə iyulun 23-də keçiriləcək.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Əkbər Qoşalının yazısı Özbəkistanın rəsmi mətbuatında...
17:44 25.08.2026
Aktual
Yerə tökülən pomidorların sirri açıldı - Nazirlikdən açıqlama
17:07 25.08.2026
Sağlamlıq
"Azərxalça" ilə "Azəripək" birləşdirildi - FƏRMAN
16:53 25.08.2026
Gündəm
İş adamından İmamoğluya sərt sözlər: “Haqqımı halal etmirəm”
16:38 25.08.2026
Gündəm
Xamenei Tehrana xəbərdarlıq edən Xatəmini görüşə çağırdı
16:35 25.08.2026
Region
Oman xarici işlər naziri Tehranda Abbas Əraqçi ilə görüşüb
16:33 25.08.2026
Gündəm
Ermənistan və İran Aİİ-İran azad ticarət imkanlarını müzakirə edib
15:21 25.08.2026
Region
Yaponiya, ABŞ və Avstraliya birgə hərbi təlim keçirəcək
15:11 25.08.2026
Dünya
Ötən il 20 mindən çox uşaqlı ailə boşanıb
15:08 25.08.2026
Cəmiyyət
Sabirabadda toyda dava salan şəxs həbs edildi
15:04 25.08.2026
Hadisə
Polşa Rusiya ilə sərhəddə Koreya tankları yerləşdirir
14:19 25.08.2026
Dünya
Uşağınız adına reaksiya vermirsə, diqqətli olun!
14:18 25.08.2026
Sağlamlıq